Tağı Əhmədov danışdı: "İlham Əliyev haranı məsləhət bilsə, orada da çalışacağam"

img

27-02-2014 [15:46]


Bu gün Bakı Metropolitenin rəisi vəzifəsindən azad olunan Tağı Əhmədov ilk açıqlamasını verib. O, virtualaz.org saytına açıqlamasında bildirib ki, prezidentin qərarına hörmətlə yanaşıb.

"Bundan sonra harada işləyəcəksiniz” sualını cavablandıran T.Əhmədov belə deyib: "Cənab İlham Əliyev haranı məsləhət bilsə, orada da çalışacağam”.

T.Əhmədov əlavə suallara cavab vermək istəməyib: "İndi vaxtım yoxdur, işim başımdan aşır, telefonla danışmağa vaxtım yoxdur”...

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov musavat.com-a yerinə təyin olunduğu bildirilən Zaur Hüseynovu tanımadığını deyib: "Belə bir adam tanımıram, o, metropoliten sistemində çalışmayıb, kimliyindən məlumatsızam".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA