Azərbaycan Ombudsmanının hesabatı parlamentdə martın 4-də dinləniləcək - YENİLƏNİB

img

27-02-2014 [15:44]


Azərbaycan Milli Məclisinin (MM) növbəti iclası martın 4-də olacaq. MM üzvü Zahid Oruc apa-ya bildirib ki, iclasın gündəliyinə 5 məsələ daxildir.

Bunlar Azərbaycanın İnsan Haqları üzrə Müvəkkilinin (Ombudsman) illik hesabatı, "Akkreditasiya haqqında” qanunun ikinci oxunuşda müzakirəsi, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, ticarət gəmiçiliyi haqqında qanunvericiliyə dəyişiklik və sair sənədlərdir.

Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı hesabat parlamentin növbəti iclaslarında dinləniləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA