Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiya nazir müavinləri toplandı: Moskvada nələr müzakirə edilib? - Açıqlama
10-12-2021 [20:36]
Bu gün Moskvada Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın nazir müavinlərinin iştirakı ilə “3+3” formatında iclas keçirilib.
Mia.az xəbər evrir ki, bu barədə Rusiya mətbuatı adıçəkilən ölkənin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, iclasda ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələr üzrə regional əməkdaşlıq imkanları geniş müzakirə olunub. Tərəflər bu sahələr üzrə müzakirələrin real imkanlar çərçivəsində aparılması və növbəti görüşlər barədə razılığa gəliblər.
Xatırladaq ki, iclasda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı XİN başçısının müavini Andrey Rudenko, Ermənistanı isə xarici işlər nazirinin müavini Vahe Gevorkyan təmsil edib.
İclasdan sonra Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki,10 dekabr 2021-ci il tarixində Moskva şəhərində, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü təşəbbüsə əsasən “3+3” regional məsləhətləşmələr mexanizminin Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təsis iclası keçirilib: "Gürcüstanın gələcəkdə bu formata qoşulması bütün iştirakçılar tərəfindən təqdir edilib: Həyata keçirilən müzakirələrin nəticələri barədə Gürcüstan tərəfi də məlumatlandırılacaq. İclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparılıb. Mexanizm çərçivəsində nazir müavinləri səviyyəsində görüşlər və müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur. Görüşlər və müzakirələr Xarici İşlər Nazirliklərinin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcək. Məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər. Mexanizmin fəaliyyəti konsensus prinsipi əsasında aparılacaq”.
Nazir müavininin sözlərinə görə, növbəti görüşün keçirilməsi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq.
O, həmçinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsinin gündəlikdə olduğunu deyib: "Bu məsələ Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 26 noyabr bəyanatında da öz əksini tapıb. Burada göstərilib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və sonradan demarkasiyası üçün milli komissiyalar yaradılsın. Rusiya tərəfi bu komissiyaların yaradılmasında məsləhətçi kimi tərəflərin sorğusu əsasında töhfə verə bilər. Təbii ki, bu istiqamətdə müəyyən işlər görülməlidir. Milli komissiyaların yaradılması məsələsi gündəlikdədir və bunun üçün gərək Ermənistan tərəfi iradə göstərsin. Biz delimitasiya və demarkasiya prosesinin başlanmasına hazırıq. Düşünürəm ki, siyasi iradə mövcud olduğu təqdirdə bu komissiyalar yaradıla bilər və sərhədlərin delimitasiya prosesinə başlanıla bilər. Bir daha qeyd edirəm ki, Azərbaycan tərəfi delimitasiya prosesinə başlamağa hazır olduğunu bildirib".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi