“Bakı Metropoliteni”nin yeni rəisi danışdı

img

27-02-2014 [15:39]


"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov danışıb.

O, lent.az-a açıqlamasında bildirib ki, sərəncamla səhər saatlarında tanış olub: "Sərəncamdan səhər xəbər tutmuşam. Məni yeni vəzifəyə təyin etdiyinə görə dövlət başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm”.

"Metropolitendə hər hansı kadr dəyişikliyi olacaqmı” sualına Z. Hüseynov belə cavab verib: "Yaxşılığa doğru hər şey olacaq”.

Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və yeni quruma "Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində I müavin işləmiş Z. Hüseynov təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA