FHN zavodun fəaliyyətini dayandırdı - Səbəb
10-12-2021 [12:24]
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Mia.az FHN-ə istinadla bildirir ki, bu çərçivədə, Xidmət tərəfindən Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki,
- obyektin ərazisində mövcud yanacaq çəni və yanacaqdoldurma kolonkası ilə yanğına qarşı ara məsafələrinə riayət olunmadan avtomobillərin təmiri işləri təşkil olunub;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib;.
- tələb olunan sahələrdə yanğın avtomatikası qurğuları quraşdırılmayıb, normaya uyğun olaraq ilkin yanğınsöndürmə alət və avadanlıqları ilə təmin edilməyib;
- ərazidə mövcud tikililərin çardaq hissəsində olan taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
- təsərrüfat otağında odun sobası quraşdırılaraq, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd şəkildə istismarına yol verilib;
- ərazidə müvafiq yerlərdə yanğına qarşı xəbərdaredici və qadağanedici nişanların quraşdırılması təmin edilməyib;.
- təsərrüfat otağında oksigen balonlarının, anbar otağında propan qaz balonunun saxlanılmasına, anbarda mövcud olan malların isə yanğın təhlükəliliyi göstəricilərinə uyğun olmadan yığılmasına yol verilib;
- müəssisənin ərazisi quru ot, kol-kos və qamışlardan, yanacaq-sürtgü materiallarından və qalıqlarından təmizlənməyib;.
- daşınmaz əmlakın icbari sığorta olunması təmin edilməyib.
Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsi orada hər an baş verə biləcək kiçik yanğının qısa müddətdə genişlənərək, acı nəticələrə səbəb ola biləcəyini deməyə əsas verir.
Qeyd olunanları nəzərə alaraq, Masallı rayonunda yerləşən “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə məxsus Asfalt-beton istehsalı zavodunda yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktları aşkar edilmiş sahələrdə işlərin görülməsinin dayandırılması barədə qərar qəbul edilib. Qərar Asfalt-beton istehsalı zavodunun icraçı direktoru Əmir Yusibova təqdim edilib.
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqalndı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL