“Büdcə sistemi haqqında” qanuna dəyişiklik qəbul olunub
14-12-2021 [15:39]
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib.
Mia.az xəbər verir ki, dəyişikliklə qanunun tərkib hissəsi olan büdcə qaydası dəyişdirilir.
Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, büdcə qaydasında mövcud olan icmal büdcə xərclərinin yuxarı həddinə və xərclənə bilən neft gəlirlərinə məhdudiyyətlərin aradan qaldırılması, əvvəlki qaydada mövcud olan 1 məhdudiyyətin (qeyri-neft baza kəsirin qeyri-neft ÜDM-nə nisbəti) saxlanılması, eləcə də dövlət borcunun ÜDM-ə nisbəti ilə bağlı yeni limitin müəyyən edilməsi nəzərdə tutulub.
“Təklif edilən dəyişiklik qəbul olunacağı təqdirdə büdcə qaydasında əvvəllər mövcud olan xərclənə bilən neft gəlirləri komponentinin neftin qiymətinin yüksək olması halında protsiklik siyasətin təsirinə məruz qalma riski də aradan qaldırılmış olur ki, bu da yeni qaydanın müsbət xüsusiyyəti kimi qiymətləndirilə bilər. Eyni zamanda, yeni layihədə büdcə qaydasında neftin qiyməti amili nəzərə alınır ki, buna zərurət Hesablama Palatasının dövlət büdcəsinin layihələrinə əvvəlki illərdə verilmiş rəylərində şərh edilib.
Bununla yanaşı, qaydaya təklif edilən dəyişikliklərin təhlili bir neçə məqamı da qeyd etməyə imkan verir:
İlk olaraq, yenilənməsi nəzərdə tutulan qaydada “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilmiş “Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan (ARDNF) transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır” tələbinin icrası ilə əlaqədar ARDNF-dən dövlət büdcəsinə transfertlə bağlı məhdudiyyət birbaşa deyil, dolayı müəyyən edilib.
Həmçinin, qaydaya təklif edilən dəyişiklik- icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbətinin tələb kimi nəzərdə tutulması, neft gəlirlərindən xərcləri azaltmadan da, qeyri-neft ÜDM-nin artımı ilə qaydaya riayət edilmənin mümkünlüyünü də göstərir.
Beləliklə, müvafiq maddəyə dəyişikliklərin edilməsi zamanı “2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” ölkə Prezidentinin 27 dekabr 2016-cı il tarixli fərmanında ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərin hazırlanması ilə bağlı tapşırığın tələbinin nəzərə alınmasını, Fonddan dövlət büdcəsinə transfertə dair məhdudiyyətin dolayı deyil, birbaşa müəyyənləşdirilməsini, qeyri-neft baza kəsiri və ona qoyulan hədlərin mütləq ifadədə göstərilməsini məqsədəuyğun hesab edirik”, - Palata qeyd edib.
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqalndı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL