Martda 10 gün iş olmayacaq

img

27-02-2014 [14:10]


Mart ayında 10 gün iş olmayacaq. Nazirlər Kabineti 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə bağlı Azərbaycanda qeyri-iş günlərinin sayını açıqlayıb. 

Nazirlər Kabinetinin qərarına əsasən bu il martın 20-i, 21-i, 22-si, 23-ü və 24-ü ölkəmizdə Novruz bayramı günü kimi qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə düşdüyündən martın 25-ü və 26-i də ölkədə qeyri-iş günü olacaq.

8 mart tarixi şənbə gününə düşdüyü üçün martın 10-u da qeyri-iş günü sayılacaq.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA