Emin Hüseynov: "Qarabağda işlərin sürətləndirilməsi üçün xüsusi tədbirlər planı hazırlanır"
09-12-2021 [18:40]
“Qarabağ iqtisadi rayonunda işlərin sürətləndirilməsi üçün xüsusi tədbirlər planı hazırlayırıq”.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O, işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdən danışarkən bildirib ki: “Zəngilan rayonun Ağalı kəndində icra edilən “Ağıllı kənd” layihəsi pilot layihədir. Bütün qabaqcıl texnologiyalar “Ağıllı kənd”də icra edilir, kənddə işlər uğurlu şəkildə aparılır. Orda məskunlaşacaq ailələr üçün təlimlər keçirilib. Yaxın zamanlarda ilk qrupun ora köçürülməsi nəzərdə tutulur”.
E.Hüseynovun sözlərinə görə, Füzulinin Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaşayış məntəqəsinin layihələndirilməsi istiqamətində iş aparılır: “Ümid edirik ki, qısa zamanda layihələndirmə işi başa çatacaq və fiziki işlərə başlanılacaq. Bunlar pilot olaraq həyata keçirilən layihələrdir. Əhalinin kütləvi məskunlaşması sadə iş deyil, bütün bunların hamısı qəbul edilmiş strateji fəaliyyət planına uyğun olaraq həyata keçirilir. İlk növbədə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri, minalardan təmizləmə, baza infrastrukturunun çəkilişi yekunlaşdıqdan sonra paralel olaraq yaşayış obyektləri, sosial-fiziki infrastruktur formalaşdırılmalıdır. Məktəb, xəstəxana, inzibati dövlət xidmətlərini təqdim edən dövlət binaları olmalıdır. Bütün bunların konkret fəaliyyət planı var. Bu planlar hər bir rayon üzrə hazırlanılıb. Eyni zamanda, artıq Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur. Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ iqtisadi rayonun xüsusi nümayəndəliyi təsdiq edilib. Hazırda Qarabağ iqtisadi rayonun azad edilmiş ərazilərində bərpa-quruculuq işlərini diqqət mərkəzində saxlayaraq onların daha da sürətləndirilməsi üçün xüsusi tədbirlər planı hazırlayırıq. Ümid edirəm ki, bu işlər də vaxtında yekunlaşacaq və bütün bu layihələr uğurla icra ediləcək”.
Konkret layihələrə gəldikdə isə, o əlavə edib ki, həm Füzuli, həm Ağdam şəhərlərinin Baş planları təsdiq edilib: “Bu planlarda nəzərdə tutulmuş ilk bir neçə tikinti layihələri artıq layihələndirmə prosesindədir və təməl daşları qoyulub”.
Xatırladaq ki, Zəngilan rayonunun Ağalı kəndində yaradılan “Ağıllı kənd”də innovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi həyata keçirilir. Kənddə ilkin mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi