Müğənninin hansı azərbaycanlı generalın qızından nikahdankənar uşağı var?

img

27-02-2014 [10:27]


Nadir Qafarzadənin keçmiş sevgilisi general qızı imiş. 

Mia.az Publika.az-a istinadən xəbər verir ki, müğənni bu barədə ATV-nin efirində danışıb. Rus sevgilsindən olan Sergey adlı oğlunun anası Alyona ilə tanışlığını dilə gətirən Nadir onun atasının general olduğunu deyib: "Murmanskda əsgərlikdə idim. Dostum məni evlərinə qonaq çağırmışdı. Elə qızı da orda gördüm. Atası general idi. Yedik-içdik, axırda da belə oldu. Oğlumuz olanda mən ona Bakıya gəlməyi təklif etdim, o, razılaşmadı. Dedi ki, orda müharibə gedir. Söhbət 1990-cı illərdən gedir. Anama da dedim ki, belə bir hadisə baş verib, qoy gedim onu evimizə gətirim. Anam dedi ki, get gətir, amma gəlib məni sağ görməyəcəksən. Anamdan keçə bilmədim. Bu günah qoy mənim babalıma yazılsın”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA