Zeynəb Xanlarovanın ittihamı ilə bağlı araşdırma - VİDEO

img

27-02-2014 [10:24]


Millət vəkili Zeynəb Xanlarovanın dəniz sahili zolaqların villalarla zəbt olunması məsələsinə ötən gün Milli Məclisdə toxunması əslində Bakı ətrafi qəsəbə və kəndlərinin sakinlərinin çoxdan narahat edən problem idi.

Anspress.com problemə Bakı kəndlərinin sakinlərinin gözü ilə "baxıb":

"Sahil boyu dənizi seyr edirik. Həqiqətən də dənizin hasarlanmış sahili gözümüzdən yayınmır. Bu kəndlərdə doğulub böyüyənlər deyir ki, keçmişdə dənizin sahili ilə düz Sumqayıta qədər getmək olardısa, indi bu, mümkünsüzdür. 

Sakin Əhmədağa Əsgərzadə: "Mənim uşaqlarım, nəvələrim dənizin qırağına çıxa bilmir, çünki alınıb o yerlər, hamısı hasarlayıb, gedib giriblər dənizin içinə.” 

Bilgəh və Nardaran qəsəbələri inzibati ərazi üzrə Sabunçu rayonu icra hakimiyyətinə tabe olduğundan, millət vəkili Zeynəb Xanlarovanın iddiasina Sabunçu rayon icra hakimyyətindən açıqlama gəldi. Qurumdan dəniz sahili boyunca tikilən bağların qanunvericiliyin tələblərinə uyğun olub olmamasini öyrəndik.

Sabunçu İH başçısının müavini Qəzənfər Həsənov: "O torpaqlar hamısı qanunun tələbləri əsasında satılıb sənədləşdirilib. İkincisi də Zeynəb xanım bizim ərazinin millət vəkili deyil və sakinlər heç vaxt ona şikayət etməyiblər. Biz indi bilmirik ki, o, niyə belə edib. O ərazidə onun da bağı var. Bir neçə dəfə bağında problem olanda icra hakimiyyətinə müraciət edib, biz ona kömək etmişik”.

Ölkənin torpaq haqqında qanunda isə deyilir ki, dənizin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında, dənizə gediş gəlişi məhdudlaşdırmamaq şərtil ilə hasarlana bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA