VİLAYƏT EYVAZOV GENERALLARI TOPLADI, TAPŞIRIQLAR VERDİ: "Vətəndaşların əsassız saxlanılması, incidilməsi və..." - FOTO
03-12-2021 [18:40]
Dekabrın 3-də Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclası keçirilib.
Mia.az DİN-ə isttinadla xəbər verir ki, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Kollegiyanın müzakirəsinə çıxarılan məsələlərin kriminogen duruma təsiri, vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu bildirib.
Gündəlikdəki məsələlər üzrə nazir müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev, Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi, polis polkovniki Gündüz Sadıxov məruzə ilə çıxış ediblər.
İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov son üç ilə yaxın bir müddətdə keçirilmiş 10 Kollegiya iclasından hər birinin insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində polisin fəaliyyətinin təkmilləşdirilməsinə, düzgün və məqsədyönlü istiqamətləndirilməsinə, ən başlıcası vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini vurğulayıb.
Diqqətə çatdırıb ki, vətəndaşların müraciətlərinə baxılması, problemlərinin həlli, istintaq və təhqiqat prosesində qanunçuluğa riayət edilməsi, cinayət və digər hüquqpozmalar nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi sahəsində müvafiq Kollegiya qərarları əsasında həyata keçirilmiş tədbirlər daha məqsədyönlü davam etdirilməlidir: "Hər bir şəxsin qanunla qorunan hüquq və azadlıqları daim etibarlı qorunmalı, vətəndaşların əsassız saxlanılması, incidilməsi, ümumən onların narazılığını doğuran bütün neqativ hallar aradan qaldırılmalıdır".
Çıxışında polisin bayır xidmətinin aparılmasına da toxunan nazir xüsusən post-patrul və yol-patrul qurumlarının işinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin, şəxsi heyətin polis etikasını dərindən mənimsəməsi üçün davamlı treninqlərin keçirilməsinin vacibliyini də qeyd edib. Asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində, yol hərəkətinə nəzarətin həyata keçirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq təcrübədə özünü doğrultmuş metodlara üstünlük verilməsini tələb edib, eyni zamanda Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbərlərinə fəaliyyətdə texnoloji yeniliklərin geniş tətbiqi ilə bağlı tapşırıqlarını çatdırıb.
Ölkə Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu bir daha xatırladan nazir V.Eyvazov əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi, arxayınlığa yol verilməməsi, əməliyyat-xidməti fəaliyyətin ayrı-ayrı istiqamətlərində mövcud olan çatışmazlıqların tam aradan qaldırılması, icrası nəzərdə tutulan məsələlərin həllinin ilin sonunadək təmin edilməsi üçün konkret göstərişlər verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi