Vasif Talıbovun yeznəsinin yerinə yeni rəis təyin olundu - ÖZƏL

img

26-02-2014 [12:39]


Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Naxçıvandakı mənbənin Mia.az-a verdiyi məlumata görə, Babək rayon polis şöbəsinin rəisi Cavid Qasımov Naxçıvan Şəhəri Polis İdarəsinə rəisgətirilib: "O, bu vəzifədə uzun illər çalışmış Vasif Talıbovun bacısının həyat yoldaşı Səbuhi Novruzovu əvəzləyib".

Mənbə bildirir ki, S.Novruzov isə bir neçə ay əvvəl Naxçıvanın Daxili işlər naziri Əhməd Əhmədovun müavini təyin olunub: "Lakin nədənsə bu xəbər Azərbaycan ictimaiyyətindən gizlədilib".

Yeri gəlmişkən qeyd edək ki, Səbuhi Novruzov bir neçə ay bundan əvvəl Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının müavini postundan qovulan Qəzənfər Novruzovun doğma qardaşıdır.

Q.Novruzov 2 (iki) milyon pulu götürüb qaçmaqda ittiham olunurdu. .

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA