Bu gün bu yollar bağlı olacaq

img

26-02-2014 [10:15]


Xocalı faciəsinin ildönümü ilə əlaqədar bu gün paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

ANS PRESS-in xəbərinə görə, Xocalı faciəsi səbəbindən insanların "Ana harayı” abidəsini rahat ziyarətini təmin etmək üçün bu istiqamətdə müvafiq qərar verilib. 


Fevralın 26-da xocalı prospektində yerləşən "Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həmin ərazidə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Tədbir tam başa çatana qədər Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov və digə küçələrdən Xocalı prospektinə doğru hərəkətə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA