Fəvvarələr meydanında aksiya: saxlanılanlar var - DİN-dən Tofiq Yaqublunun döyülməsi iddiasına reaksiya (YENİLƏNİB)
01-12-2021 [19:25]
"Bu gün şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanlar arasında qadın və azyaşlı yoxdur".
Mia.az-ın məlumatına görə, bu sözləri DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O, bildirib ki, saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilərək sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir.
Tofiq Yaqubluya isə polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara gəldikdə isə, şöbə rəisi deyib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır: "Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".
***
Bu gün – dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.
Bildirilib ki, qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar: "Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".
***
Bakıda bir qrup AXCP üzvü Gədəbəyin sabiq icra başçısı, xeyli müddətdir həbsdə aclıq edən sabi Saleh Rüstəmlinin azadlığa buraxılması üçün aksiyaya keçirmək istəyib.
Mia.az xəbər verir ki, müxalif şəbəkənin sosial şəbəkədə yaydığı məlumata görə, aksiya zamanı Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqublu, Saleh Rüstəmlinin bacısı Yegana Rustamova, həmçinin, aksiyanın təşkilatçıları İlkin Rüstəmzadə, Mete Türksoy və daha bir neçə nəfər saxlanılıblar:
1. Tofiq Yaqublu (Müsavat)
2. Babek Hesenov (AXCP)
3. İlham Hüseyn (AXCP)
4. Ayxan Hacıbəyli (Müsavat)
5. Əziz Məmiyev (Müsavat)
6. Quliyev Səyyad (AXCP)
7. Gülnarə Rahimova (AXCP)
8. Tunzale Amirova (AXCP)
9. Konul Əhmədova (AXCP)
10. Mətanət Turan (AXCP)
11. Nata Katamadze (AXCP)
12. Afa Cəfərova (AXCP)
13. Tahir Mirzə (AXCP)
14. Nigar Hezi (Müsavat)
15. Yeganə Rüstəmova (Saleh Rüstəmlinin bacısı)
16. Ahmad Mammadli (D18 Hərəkatı)
17. Əmrah Təhməzov
18. Elman Quliyev (Müsavat)
19. Tofiq Memeduv (AXCP)
20. Sevda İsmayılova (AXCP)
21. Mehriban Huseynli (AXCP)
22. Mətanət İsmayıl (Müsavat)
23. Saqif Qurbanov (AXCP)
24. Zəfər Ahmadov (AXCP)
25. Farid İmanov (TGM)
26. Elnur Quliyev (AXCP)
27. Mete Türksoy
27. Ali Imanhanli (AXCP)
28. Namiq Abbasaliev (AXCP)
29. Aynur Dadaşova (AXCP)
30. Paşa Dadaşzadə (AXCP)
31. Novruz Əliyev (REAL)
32. Sevinc ( AXCP)
33. Emin Xəlil
34. Rza Sefersoy
35. Firəngiz Məmmədhüseynova (Saleh Rüstəmlinin xalası qızı)
36. Rüstəm İsmayılbəyli
37. Sevil Muradova (AXCP)
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi