Çovdar qızıl mədəni ərazisində yeni arxeoloji abidə tapılıb
01-12-2021 [12:58]
“AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin 4-cü topaqələviləşdirmə ərazisində həyata keçirilən tikinti-quraşdırma işləri zamanı qədim maddi mədəniyyət qalıqlarına dair yeni fraqmentlər aşkar edilib.
Mia.az “AzerGold”a istinadla bildirir ki, üzə çıxarılan arxeoloji abidənin araşdırılması məqsədilə ərazidə işlər dərhal dayandırılıb, arxeoloji ekspedisiyanın təşkil edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət edilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə “AzerGold” və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu arasında 3 sentyabr 2021-ci il tarixində bağlanmış müqavilə çərçivəsində ərazidə çöl-tədqiqat işləri aparılıb. Arxeoloji qazıntılar zamanı ərazidə Son tunc-Erkən dəmir dövrünə (e.ə.II min.sonu-I min. əvvəli) 58 daş qutu qəbir müəyyən edilib. Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbirlərdə insan sümükləri ilə yanaşı, xəncər, nizə və toppuz, bilərzik, sırqa, kəmər, muncuq və s. silah və məişət əşyaları aşkarlanıb. Əşyalar arasında çoxsaylı saxsı küpə, bardaq, qazan, kasa və s., həmçinin Misirdən gətirilmiş mavi pasta muncuqları və Hind okeanı üçün xarakterik olan kaurilərə rast gəlinib.
Arxeoloji tədqiqat prinsiplərinə uyğun olaraq ərazidə aşkar edilmiş qəbirlərin hamısı təmizlənib, foto və qrafik təsvirləri çəkilib və müvafiq qeydlər aparılıb. Maddi mədəniyyət nümunələri ərazidən götürülərək qablaşdırılıb, kameral tədqiqatların aparılması üçün İnstitutun arxeoloji fonduna təqdim edilib.
Arxeoloqların qənaətinə görə, aşkar olunan yeni arxeoloji abidə 2019-cu ildə Çovdar qızıl mədənin 3-cü topaqələviləşdirmə sahəsində tədqiq edilmiş nekropolun bir hissəsidir. Həmin dövrdə Çovdar nekropolunda aparılmış qazıntılar zamanı 156 qəbir, 6 000-dən çox eksponat tapılıb və tədqiq edilib. Hazırda həmin nümunələr əsasında yerli və əcnəbi mütəxəssislərin birgə əməkdaşlığı ilə nüfuzlu beynəlxalq laboratoriyalarda analizlər aparılır.
Analiz təhlillərinin nəticəsində qədim tayfaların regionun digər xalqları ilə qohumluq əlaqələri barədə genetik məlumatlar əldə ediləcək. Qədim tayfaların burada məskunlaşma tarixi, dəfn olunanların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbi, qida rasionu öyrəniləcək. Bununla da, qədim insanların məişəti, həyat tərzi, məşğulluqları, həmin dövr üçün bölgədə xarakterik olan epidemik xəstəliklər müəyyənləşəcək. Həmçinin nekropoldan tapılmış metal əşyalar üzərində həyata keçirilən spektral analizlər onların tərkibinin öyrənilməsinə imkan verəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi