YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir - FOTOLAR
01-12-2021 [12:29]
Noyabrın 30-da YAP Xətai rayon təşkilatı Telnov küçəsi 6, Məzahir Rüstəmov küçəsi 2 və Məzahir Rüstəmov küçəsi 39 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib.
Mia.az xəbər verir ki, hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.
Yığıncaqlarda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, dünənin, bugünün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsası qoyuldu: «Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın keçdiyi yolu yüksək dəyərləndirərək bildirmişdir ki, YAP güclü təşkilatdır, Azərbaycanın həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Partiyamızın Sədri bu əminliyi də ifadə etmişdir ki, hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin və qüdrətli dövlətə çevriləcəkdir.»
Vüqar Rəhimzadə qeyd edib ki, son 18 ilin uğurları verilən hər vədin reallıqda öz əksini tapdığını təsdiqləyir: «Bu gün Azərbaycanın istənilən sahədə əldə etdiyi uğurlara diqqət yetirsək zəngin təcrübənin, təkmil inkişaf modelinin mövcudluğunu görərik. Tariximizə Zəfər səhifəsini yazan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın bütün imkanlarının təqdimatı oldu. Bu Qələbə fonunda ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı bir daha dünyaya çatdırıldı. Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyi beynəlxalq qurumların hesabatlarında, ekspertlərin, siyasətçilərin rəylərində də özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin dövrün, zamanın tələblərinə uyğun təkmil islahatları davamlı uğurlara yol açır. Bu günlərdə Türkmənistanın Aşqabad şəhrində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında da əsas diqqət Azərbaycana yönəldildi. Ölkəmizin son 18 ildə qazandığı uğurların qısa təhlilini diqqətə çatdıran dövlət başçısı İlham Əliyev səylərin birləşdirilməsinin hədəflərə yüksək səviyyədə nail olmağa böyük əsaslar yaratdığını diqqətə çatdırdı.»
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bu ilin martında keçirilən VII qurultayında qəbul olunan qərarlar məhz yeni dövrün reallıqlarını özündə əks etdirir ki, onların gerçəkləşdirilməsi istiqamətində hər bir şəhər və rayon təşkilatı səylərini daha da artırmalıdır.
Sonra hesabat-seçki yığıncaqlarında təşkilati məsələlərə baxılıb.
Reyhan Ələkbərova Telnov küçəsi 6 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, İradə Bağırova sədr müavini, Fəridə Şərifova Məzahir Rüstəmov küçəsi 2 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Lətafət Alcanova sədr müavini, Nəzakət Əsgərova Məzahir Rüstəmov 39 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Kifayət Rzayeva isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi