25-02-2014 [15:01]
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqti sadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profili yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Bu işlər Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda da geniş həyata keçirilir.
Rayonda 25 tibb müəssisəsi fəaliyyət göstərir ki, bunların da əksəriyəti əsaslı təmir olunmuşdur. Təkcə son iki il ərzində rayonda MTN-nin yeni hərbi hospitalı istifadəyə verilib, 1, 2, 15, 33 saylı şəhər poliklinikaları, 3 saylı Vərəm əleyhinə dispanser, 3 saylı Təcili Tibbi Yardım Stansiyası əsaslı təmir olunub, yeni 19 saylı Köməkçi Təcili Yardım Stansiyası açılıb, bura bütün zəruri avadanlıqlarla təchiz olunub.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən respublikamızın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Səbail rayon icra hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu işlər davam etdirilir.
Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova bildirmişdir ki, rayonda kedən işlər İcra Hakimiyyətinin tam nəzarətindədir. Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində mərkəzdəki 1 və 2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadalarının da təşkil olunmuşdur. Fevralın 17-dən etibarən artıq rayon üzrə 10 min nəfərdən çox insanın müayinələrdən keçməsi təmin olunmuşdur.
1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova rəhbərlik etdiyi tibb müəssisəsinin keçən il Dövlət Poqramına uyğun olaraq əsaslı təmir olunduğu və ən müasir tibbi avadanlıqlarla təchiz olunduğunu demişdir. Bildirmişdir ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insnlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən rayon sakini əməkdar artist Nübar Novruzova rayon sakinləri adından onların sağlamlığının qeydinə qaldığ üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi