Daha iki dini icma ləğv olundu

img

25-02-2014 [15:40]


Azərbaycanda iki dini icma ləğv olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, son 4 il ərzində yalnız 2 icmanın qeydiyyatı ləğv olunub. Onlardan biri "Həyatverici lütf" dini icmasının qeydiyyatının düzəldilməsi ilə əlaqədar dövlətə müraciət etməkdən imtina etməsi nəticəsində qeydiyyatı ləğv olunub: "Yəni ortada həmin icmanın dövlət qanunlarını saymaması faktı var”,- deyə Komitədən göndərilən məlumatda qeyd olunub.

Digərinin isə Xırdalanda qarajda qeydə alınan bir icma olduğu bildirilir:” Qanunvereciciliyə görə icmalar ibadət evlərində fəaliyyət göstərməlidirlər”.

Komitədən verilən məlumatda qeyd olunub ki, 2012-2013-cü illər ərzində hər hansı dini qurumun fəaliyyətinə Dövlət Komitəsi tərəfindən o cümlədən məhkəmənin qərarı ilə xitam verilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA