Günahkar hansı qurumdur: nazirlik, yoxsa “Cinema” Mərkəzi? - Pul mükafatı qalmaqalı
30-11-2021 [13:20]
Mədəniyyət Nazirliyi və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı ilə bağlı qalmaqalla bağlı açıqlama yayıblar.
Mia.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, bununla bağlı məsələlərə müdaxilə etməyiblər: .
Festivalın təşkilatçısı “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzidir. Nazirlik Azərbaycanın ən yaxşı filmlərinin seçilməsi üçün keçirilən beynəlxalq tədbirə müəyyən maliyyə dəstəyi göstərib. Festivalın Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənən hissəsinin büdcəsində mükafat fondu üçün hər hansı bir məbləğ nəzərdə tutulmayıb. Mükafatçılar üçün nəzərdə tutulan vəsaitlə bağlı sorğu festivalın təşkilatçısına ünvanlanmalıdır. İki nominasiyada heç bir filmə mükafatın verilməməsi münsfilər heyətinin qərarıdır. Nə Mədəniyyət Nazirliyinin, nə də təşkilat komitəsinin münsiflər heyətinin rəyinə müdaxilə etməsi mümkün deyil".
“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzindən isə deyilib ki, festivalın əsas dəstəkçisi Mədəniyyət Nazirliyi olub: "Ancaq tədbir daxilində hələ bir neçə ay öncədən elan olunan mükafat fondunun yaradılması ideyası isə festival komandasına, birbaşa olaraq "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinə məxsusdur. Festivalın “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyasının qalibinə pul mükafatları da məhz mərkəzin - festivalın təşkilat komandasının hesabına ödəniləcək. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi ilə Mədəniyyət Nazirliyi arasında mükafat fondu ilə bağlı heç bir müqavilə və razılaşma olmayıb. Bu təşəbbüs bizim yerli gənc rejissorlar üçün nəzərdə tutduğumuz bir stimul formasıdır".
Bu il münsiflər heyətinin qərarına əsasən, “Ən yaxşı sənədli film”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblər müəyyənləşdi və onlara ayrı-ayrılıqda pul mükafatı veriləcək. Münsiflər heyətinin qərarına əsasən, digər iki nominasiyaya (“Ən yaxşı bədii film”, “Ən yaxşı animasiya filmi”) heç bir film layiq görülmədi. Bu, çox normal haldır. Buna həm də dünya festivalları təcrübəsində rast gələ bilərsiniz. Festivalda iki müsabiqə bölməsi mövcuddur: beynəlxalq və yerli. Festivalın qaydalarına görə, münsiflər heyəti onlara həvalə olunan yarışma proqramındakı filmlərə baxıb dəyərləndirməlidir. Sözügedən mərhələdə seçim məhz münsiflər heyətinindir, festivalın təşkilat komitəsi bu qərara müdaxilə edə bilməz. Təəssüf ki, bizim təklif etdiyimiz pul mükafatına 4 nominasiyadan yalnız ikisi layiq görüldü və təşkilat komitəsi olaraq münsiflər heyətinin bu seçimini normal qarşılayırıq. Eyni zamanda festival komandasının öz təşəbbüsü ilə elan olunan mükafat fondunun hansı qurum tərəfindən təsis olunmasını dəqiqləşdirmədən yerdə qalan vəsaitin mənimsənilməsi haqqında müxtəlif fikirlər irəli sürüldü. Bir daha bildirmək istəyirik ki, mükafat fondu ilə bağlı təşəbbüs festivalın özünə aiddir və məqsədimiz məhz yerli gənc müəlliflərə stimul verməkdir".
Qeyd edək ki, noyabrın 23-də Nizami Kino Mərkəzində XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib. Tədbirdən bir həftəyə yaxın müddət keçməsinə baxmayaraq, müsabiqə ətrafında qalmaqal səngimir. Belə ki, bu il mükafat fondu 5 000 AZN olan yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblər seçilməli idi. Lakin “Ən yaxşı bədii film” və “Ən yaxşı animasiya filmi” nominasiyaları üzrə qaliblər müəyyənləşməyib. Bu da müsabiqəyə film təqdim edən gənc rejissorlar arasında nazarılıqlara səbəb olub.
Xatırladaq ki, bu il festivala 72 ölkədən 3 217 qısa film göndərilib. Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib. Festivalda yerli müsabiqədə “Ən yaxşı sənədli film” nominasiyasının qalibi “Papanin” filminin rejissoru Türkan Hüseynova, “Ən yaxşı sosial çarx” nominasiyasında “Korona incəsənətə yardım” sosial çarxının müəllifi Cavid Səmədov olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi