Saakaşvili xalqa səsləndi, prosesdə iştirakdan imtina etdi - Məhkəmədə toqquşma olub, 15 nəfər saxlanılıb (Yenilənib)
29-11-2021 [15:59]
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin bugünkü məhkəməsi onun iştirakı olmadan davam edəcək.
İclasda onun vəkili Beka Basilaya həkimlərin tövsiyəsini səsləndirib.
Onun sözlərinə görə, M.Saakaşvilinin sağlamlıq durumu ona prosesdə sona qədər iştirak etməyə imkan vermir.
Saat 17:00-dək davam edəcək iclasda 15 dəqiqəlik fasilə elan olunub.
***
Tbilisi Şəhər Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı 15 nəfər saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər polisin qanuni tələbinə əməl etməyiblər.
***
Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvili Tbilisi Şəhər Məhkəməsində çıxışı zamanı gürcü xalqına müraciət edib.
O, gürcüləri vətənlərinə görə qürur hissi keçirib-keçirmədikləri və onların inkişaf sürəti üçün darıxıb-darıxmadıqları ilə bağlı sual ünvanlayıb.
O bildirib ki, həbsdən öncə Gürcüstanda bir neçə nəfərlə ünsiyyətdə olub və insanların çox bədbəxt olduğunu görüb.
M.Saakaşvili qeyd edib ki, bu gün ölkədə baş verənlərə birgə son qoyulmalıdır/Report.
***
"Gürcüstanın prokurorluğu və məhkəmə sistemini tanımıram”.
Bunu Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.
“Mən əvvəlcədən yazılmış komediyanın bir hissəsi olmaq üçün bura gəlməmişəm”, - o söyləyib.
***
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin işi üzrə məhkəmənin keçirildiyi Tbilisi Şəhər Məhkəməsi ətrafında etiraz aksiyası keçirilir.
Mia.az “Report”a istinadla xəbər verir ki, polis və iştirakçılar arasında qarşıdurmalar baş verib.
Yerli mətbuatın yaydığı məlumatlara əsasən, etirazçılara qarşı istiotlu sprey tətbiq olunub.
İnsident zamanı bir neçə nəfərin saxlanıldığı bildirilir. Hazırda vəziyyət gərgin olaraq qalır.
M.Saakaşvilinin iştirak etdiyi məhkəmə iclasına yalnız yerli "Birinci Kanal"ın heyəti buraxılıb. Siyasətçinin vəkillərindən biri Şota Tutberidze bir neçə dəqiqə ərzində feysbuk səhifəsi üzərindən canlı yayım apara bilib.
***
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin bugünkü məhkəmə iclasında iştirakına icazə verilib.
Bu barədə yerli mətbuat yazıb.
Bildirilib ki, siyasətçi Xüsusi Penitensiar Xidmətin maşını ilə müalicə olunduğu Qori hərbi hospitalından Tbilisiyə aparılıb. Maşın artıq məhkəmənin həyətinə daxil olub.
Proses Tbilisi Şəhər Məhkəməsində saat 11:00-da başlayacaq.
Məhkəmə binası yaxınlığına çox sayda polis əməkdaşları səfərbər olunub, təhlükəsizlik tədbirləri gücləndirilib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi