MİFİK MƏTNLƏRDƏ MÜKƏMMƏL DİNİ SİSTEM MÖVCUDDUR
28-11-2021 [10:21]
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
Mifik mətnlərdə mövcud olan mövhumi obrazlar sistemi gerçək mifdən ayrılan epik layların mükəmməl dini sistemdən qopduğunu göstərir.
Əgər epik mətn əsasında uydurma və gerçəklik bir-birinə çulğalaşmış şəkildə özünü göstərirsə, obrazların kökündə mövcud olan gerçəkliyi və uydurmanı bir-birindən fərqləndirən spesifiklik də diqqətdən kənarda qala bilməz. Demonoloji obrazların meydana gəlib, epik mətn hadisəsinə çevrilməsi onların mövcud olmaması anlamını vermir. El ağzında bu gün belə işlək olan cin və ruh haqqındakı hekayətlər bir tərəfdən şüuri-psixi yaşantıdan irəli gələn qarabasma (hallüsinasiya)lardan törəyirsə, başqa bir tərəfdən gerçək görüntülərdən də qaynaqlanır. Ruhların və cinlərin, ümumiyyətlə mövhumi varlıqların mövcudluğu bütün dinlərdə ehkam səviyyəsində qəbul olunur. Beləliklə demonoloji varlıqlara aid olan mifik obrazlar ( yazılı ədəbiyyatda da demonik obrazlar böyük ədəbi əsərlərin mövzusunun hərəkətverici obrazı olmuşdur (1,1-474; 2,153-180; 3, 253-342)
Bundan əlavə okkultik və spiritist sahələrə ( ruhlarla praktiki ünsiyyətə çalışan gizli sahələr ) və magiya ilə bağlı ayin və mərasimlərə aid olan mif bilgiləri, eyni zamanda batini sahələrə aidliyi ilə seçilən mistiki sahələr ( şamanizmdə olan müəyyən ayin və rituallar ) mifin dünyagörüşü forması kimi din anlayışı dasıması, epik mətn tipi kimi bu sistemdən qopan ifadə təzahürü olması bir daha təsdiqlənir. Sadəcə olaraq epik mətnə düşən bu məlumat mənbəyinin mövcudluğunun inkar olunması fetiş, totem (kult), büt və s. bu kimi bütpərəst dünyagörüşünün mətnə tətbiq olunmasının müddəa olaraq alternativsiz qədim mədəniyyət tipi kimi göstərilməsini əsaslandırmışdır.
Bundan əlavə qadağan olunmuş sahələrin kütləvi şəkildə aşkara çıxarılması eyni zamanda mətndə mövcud olan anaxronizm (bilərəkdən pozu lan xronoliji ardıcıllıq), sofizm (bilərəkdən yalanın doğru kimi əsaslandırılması) və paralogizm (bilməyərəkdən yalanın doğru kimi əsaslandırılması ) kimi spesifik funksiyaların bir-birinə qarışması, göründüyü kimi nəticə etibarilə də mətndə olan gerçək və uydurmanın aydınlaşdırılmaması və mətnə ifrat yanaşma tərzi bir çox məsələlərin dolaşıq düyünlərə düşməsinə səbəb olmuşdur.
Hətta mifoloji ədəbiyyatda xronik qüvvələr və marginal obrazlar kimi adlandırılan təkgöz, təkbuynuz, təkqol və s. surətlərin də yalnız təxəyyüldən doğan motivlər deyil, real zəmindən (prototipik) meydana gələn gerçək məxluqlar olduğu, lakin epik tələbata uyğun şəkillənməsi də (alleqoriya və s.) ehtimal olunur. Belə ki, “tarixin atası” adlandırılan Heredot “Tarix” kitabında issedon xalqının yaşadığı ərazidən yuxarı tərəfdə taygözlərin yaşaması haqqında məlumat verir ”İssedonların özlərinin söyləiklərinə görə onlardan yuxarılarda taygöz adamlar və qızıl güdən qriflər yaşayırlar”(4, 224).
Maraqlıdır ki, Heredot eyni mənbədə İskitlərə yaxın ərazidə anadangəlmə dazbaşların da haqqında məlumat verir ”Deyilənə görə kişilİ və qadınlı onların hamısı anadangəlmə dazbaş, yastıburun və buxaqlıdırlar”(4, 224).
Təbiidir ki, bu da keçəl arxetipi və prototipi kimi dəyərləndirilə bilər (Ən az halda Yunan və türk mifoligiyası üçün bu keçərlidir. Çünki iskitlər türk mənşəli xalqdır. İssedonların skiflər olması və türk mənşəli olması haqqında da bilgi vardır(5, 137).
Elə Heredot təpəgöz anlamını verən arimasp sözünün də iskit dilində olduğunu qeyd edir “onları (taygözləri) iskitcə arimasp adlandırırıq: iskitlərdə anima-tək, spu-göz mənasında işlənir” (4, 224).
Bundan əlavə genetiklərin genotip adlandırdıqları orqanizmin irsi əlamətlərinin ressesiv formada (gizli gen) daşınmasının müxtəlif təzahürlərlə aşkarlanması (genetikada fonotip) genetika elmində - anomaliya xüsusiyyətlərinin təbii şəkildə orqanizmdə özünü göstərməsi, cıtrdanboy adamların, albinosların (ağappaq, qıpqırmızı gözlü, piqmentlərdən məhrum olan, nağıl sifətlərinə bənzər əcaib adamlar) qar ayaq adamların, dovşandodaqların, eləcə də digər atavizmlərin (ulu əcdada məxsus əlamətlərin orqanizmdə özünü biruzə verməsi) bioloji formada bu günün özündə belə mövcudluğu (rekopitulyasiya) və bu kimi gigər fakt və hadisələr də mif mətnlərinin yalnız uydurma olmadığını, müxtəlif cizgilərin real əsas törəməsini, epik düşüncədə isə epik tələbata uyğun dəyişikliyə uğramasını göstərə bilər (6,18,19,27,28,54,118).
QAYNAQLAR:
1. Gete V.Y. Faust. Bakı: Azərnəşr, 1970, 501 s.
2. Lermontov M.Y. Şeirlər, poemalar, mənzum dram, romanlar. Bakı: Yazıçı, 1989, 525 s.
3. Cavid H. Əsərləri. IV cilddə, II cild. Bakı: Yazıçı, 1982, 393 s.
4. Heredot. Tarix. 9 kitab. I hissə. Tərcüməçi Xəlilov P. Bakı: Azərnəşr, 1998, 329 s.
5. Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 248 s.
6. Axundov M. İnsan genetikasına səyahət. Bakı: Azərnəşr, 1975, 128
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi