İlham Əliyev Sumqayıtdadır

img

25-02-2014 [11:27]


Ölkə prezidentinin bu gün səhər saatlarında Sumqayıta səfər etdiyi bildirilir. Bir neçə gün idi ki, ölkə preidenti İlham Əliyevin Sumqayıta səfər edəcəyi xəbəri mətbuatda yayılmışdı. Bununla əlaqədar olaraq dünən Sumqayıtın mərkəzi Sülh küçəsi gün ərzində bağlı olub. Şəhərin həmin ərazisində abadlaşdırma işləri aparılıb, yol xətləri yenidən çəkilib, küçə əvvəldən axıra təmizlənib.

Bu gün səhər saat 10 radələrində isə prezident İlham Əliyev gözlənildiyi kimi Sumqayıta gəlib. Artıq ölkə prezidentinin STP-də emal müəssisəsinin açılışında olduğu bildirilir. Bundan əlavə İlham Əliyev Sumqayıtda fəaliyyət göstərəcək Mis və Karton zavodlarının açılışında da iştirak edəcək. Səfər çərçivəsində prezident Sumqayıtda həyata keçiriləcək layihələrlə də tanış olacaq.
İlham Əliyevin Nəzimi parkına da baş çəkəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA