BDU-da imtahan balı 17-yə salındı

img

24-02-2014 [22:15]


Bu gün Bakı Dövlət Universitetində kredit sistemi ilə təhsil alan tələbə və magistrantların biliyinin qiymətləndirilməsi haqqında əsasnamənin tələbləri ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq məktubunun icrası ilə bağlı rektorluğun genişləndirilmiş iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda 2013-2014-cü tədris ilinin qış imtahan sessiyası zamanı imtahanın nəticələrinə görə 17 və daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla, ümumilikdə 51 və daha çox bal toplayan tələbələrin müvəffəq qiymət almaları və nəticələrin onların nəzərinə çatdırılması barədə fakültə dekanlıqlarına müvafiq göstəriş verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA