Partiya sədri ilə jurnalist arasında canlı yayımda gərgin anlar: "Siz Azərbaycan gerçəkliklərini bilmirsiniz" - "İlqar Məmmədov nümunə yox, utancdır" - VİDEO
22-11-2021 [14:34]
Xəbər verdiyimiz kimi, ötən həftə “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü – Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin cinayət işi üzrə hər birinə Ali Məhkəmənin Plenumu tərəfindən bəraət verilib. Plenum NİDA-çıların 2013-cü ildə heç bir cinayət törətmədikləri halda, günahsız həbs olunduğu qənaətinə gəlib və onlara kompensasiya veriləcək.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sözügedən mövzu ilə bağlı REAL Partiyasının sədri İlqar Məmmədov jurnalist Sevinc Osmanqızının verilişində çıxış edib.
Veriliş isə gərgin anlarla yadda qalıb. Belə ki, məsələ ilə bağlı qonağının çıxışına jurnalistin istehzalı gülüşü İlqar Məmmədovun əsəbiləşməsi ilə nəticələnib.
Partiya sədri əvvəlcə qeyd edib ki, cari ilin sentyabrında Avropa Şurasının Nazirlər Komitəsi qərarına əsasən, 18- ci maddə ilə Azərbaycanda hökm almış və ümumiyyətlə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə İlqar Məmmədov və Rəsul Cəfərov işindəki örnəyə əsasən bəraət verilməlidir:
“Noyabrın 19-da Ali Məhkəmə Avropa Şurası Nazirlər Komitəsinin qərarına müsbət cavab verərək 4 nəfər NİDA- çıya bəraət verdi. Siyahıda hələ bir neçə adamlar qalır. Bunlar İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Bayram Məmmədov, Qiyas İbrahimlidir. Bu şəxslər də bəraətlərini alacaqlar.
Bu yolu ilk mən keçərək örnək yaratdım. Bu tək Azərbaycan üçün deyil, Avropa Şurasının 47 ölkədən ibarət hüquqi məkanı üçün presedentdir. Bu yolu Avropada heç kim axıra kimi getməmişdi. Biz o vaxt bunu deyəndə bəzi adamlar bizi anlamırdılar deyirdilər ki, “ay satıldılar”, uydurma damğalar yapışdırırdılar. Bütün bunların üzərindən bugünkü qərar xətt çəkdi. Bu bir daha onu göstərir ki, Azərbaycanın hüquqi məkanı Avropanın hüquqi məkanı ilə eyniləşdirilib”.
Elə verilişin gərgin dəqiqələri də bundan sonra başlayıb. Partiya sədrinin “bu nümunənin bütün Avropa üçün örnək olduğunu” deməsinə S. Osmanqızı istehzalı gülüşlə reaksiya verib.
Mövzuya müdaxilə edən partiya sədri vurğulayıb ki, Avropa dedikdə burada 47 ölkə nəzərdə tutulur:
“Biz burada ciddi söhbət edirik və gülməyə heç bir ehtiyac yoxdur. Biz gülməklə məşğul olacağıqsa, onda başqa auditoriyalara danışacağıq. Siz indi burada gülürsünüz. Vaşinqtonda oturub Azərbaycanın hansı hüquqi məkanda olduğunu çox pis təsəvvür edirsiniz. Amma mənim qoyduğum nümunə əsasında cəmi iki həftədən sonra Osman Kavala azadlığa buraxılmayacaqsa, Türkiyə qarşısında da eyni sanksiya qoyulacaq.
Hüquqi yolla haqqımızı müdafiə edə, sübut edə və qazana bilirik. 3 il qabaq mən insanları seçkiyə çağıranda siz indi necə gülürdünüz, o insanlar da elə gülürdülər. Hardadır indi o insanlar, onlar indi meydana yox, heç küçəyə də qorxularından çıxa bilmirlər.
Biz Azərbaycan vətəndaşlarına bəraət verdik. Siz nə etdiniz, burada boş-boş danışmaqla və mənasız işlərinizlə. Ona görə 3 ildir ki düz edirdim və sizin verilişinizə çıxmırdım. Bugünkü söhbətdən əmin oldum ki, siz Azərbaycan gerçəkliklərini bilmirsiniz. Əgər ciddi söhbət edə bilmirsinizsə, o zaman hesab edirəm ki, taylarınızı tapıb bir-birinizlə məzələnməlisiniz”.
Daha sonra yaranmış gərginliklə bağlı sosial şəbəkələrdə də geniş müzakirələr başlayıb. Jurnalist Xədicə İsmayıl qeyd edib ki, İlqar Məmmədov bu işdə nümunə yox, utancdır.
REAL Partiyasının icra katibi Natiq Cəfərlinin isə Xədicə İsmayıla cavabı gecikməyib.
O bildirib ki, hakimiyyət nümayəndələri son illərdə müxtəlif platformalarda deyirdi ki, “İlqar Məmmədovun işi nümunə deyil”, israr edirdilər ki, biz Avropa Şurası Nazirlər Kabinetinin tələbinə, yaranan yeni örnəyə görə yox, məhz daxili qanunlara görə bəraət vermişik: “
Sonra Türkiyədə Osman Kavala, Rusiyada Navalnı işində Türkiyəli və Rusiyalı bütün vəkillər məhz “İlqar Məmmədov işinə” istinad edərək Avropa Məhkəməsinə və Nazirlər Komitəsinə müraciətlər göndərdilər. Avropa hüquq məkanı, Avropa Şurası strukturları “İlqar Məmmədov işini” örnək sayır, Türkiyə və Rusiya hüquq camiyası həmin işə istinad edib nümunə olduğunu söyləyir – bir tək bizim hakimiyyət və Xədicə xanım bu işin nümunə olmadığında israr edir, hətta Xədicə xanım bunun utanc olduğunu söyləməkdən belə çəkinmir. Amma məhz bu nümunəyə görə günahsız yerə həbs yatmış hörmətli Xədicə xanım da mütləq bəraət almalıdır, ədalət bərqərar olmalıdır. Bunun üçün də çalışacağıq.
Mən anlayıram ki, qərəz elə bir mərəzdir ki, “Yurddan-Yurda” keçir, amma obyektivlik hissini bu qədər itirmək olmaz axı…”.
Qeyd edək ki, maraqlı məqamlardan biri də Sevinc Osmanqızının REAL sədri ilə müsahibəsini feysbukda sosial şəbəkə hesabında paylaşmamasıdır.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi