Azərbaycanın ilk hərbi marşının müəllifi... - Cavanşir Quliyev haqqında nələri bilirik?
22-11-2021 [09:21]
Nurlanə TELMANQIZI
***
Azərbaycanın tanınmış bəstəkarı, Azərbaycanın ilk hərbi marşının müəllifi, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Cavanşir Quliyevin doğum günüdür.
Təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinifini bitirib.
Diplom işi — böyük simfonik orkestr üçün “Birinci Simfoniya” olub. Hələ tələbə ikən, C.Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı “Birinci Kvartetdə”, gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu. Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət “millilik və müasirlik” baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur. Bir sıra Konservatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilmiş, və böyük maraq doğurmuşdur. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görmüşdür.
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C.Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq etmişdir. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.
1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980 — 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında — Bakı Musiqi Akademiyasında, 1994 — 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən — Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur.
Cavanşir Quliyev:
- Mən hələ lap kiçikkən, evimizdə divardan asılan tara özəl bir marağım olub. Maraq o qədər güclü olub ki, sonunda anam tarı divardaki mismardan çıxarıb qarşıma qoyub. Mən tarı bir oyuncaq bilərək orasına-burasına toxunduqda və tarın simləri səs çıxardıqda qorxub ağlamışam. Amma, tardan da əl çəkməmişəm – gözüm həmişə o divarda olub.
O tar anamın idi. Mənim anam 30-cu illərdə Şəki musiqi məktəbinin tar sinfində oxuyub. Nənəm də gəncliyində qarmon çalardı, evdə, təbii. Əhalisinin əksəriyyəti dindar olan bir şəhərdə gənc qızın tar ilə küçədə getməsi, məncə, o zamanki Azərbaycan üçün mədəni inqilab sayıla bilər.
Divardaki tara qarşı getdikcə artan marağım anamı da həyəcanlardırırdı. Bir gün o, tarı götürüb qarşımda çalmağa başladı. Mənim bərəlmiş gözlərimdə heyrət və qorxu vardı, anam anladı ki, mən də o tarı çalmaq istəyirəm. Və o gündən oldu mənim ilk musiqi müəllimim. Mizrabı əldə tutmağı, tarın simlərindən səs çıxarmağı, sadə xalq mahnılarını çalmağı və digər çalğı üsullarının və musiqi parçalarının çalınmasını ilk olaraq mənə anam öyrətdi. Nəhayət, elə bir gün gəldi ki, anam artıq mənə bir şey öyrədə bilməyəcəyini anladı. Artıq orta məktəbin ilk sinfinə gedirdim, anam əlavə olaraq məni Şəki uşaq musiqi məktəbinin tar sinfinə qoydu. O gündən bu günə qədər mən musiqi öyrənirəm, yəqin ki, ömrümün sonuna qədər də öyrənməkdə davam edəcəyəm.
Bəstəkarlıq.... uşaq ikən, təbii, ağlımdan belə keçməzdi, əksinə, məni heyrətə salan musiqiləri ilə qəzetlərdə, sonralar televizorda gördüyüm bəstəkarlar mənə insan kimi yox, başqa əcaib bir varlıq kimi görünürdülər. Mənsə adi insan olduğumdan heç cür bəstəkarlıq libasını “öz boyuma” biçə bilmirdim. Böyüdükcə, bu peşə maqnit kimi məni özünə çəkməyə başladı, tez-tez düşünürdüm bu haqda, lakin yenə də heç bəstəkar olacağımı düşünmürdüm. İçimdə olan bu düşüncələri də utandığımdan heç kimə demirdim, anama belə. İndi anlayıram ki, bu bəstəkarlıq hissi, qurmaq, yaratmaq həvəsi Allahın və valideynlərimin içimə yerləşdirdiyi bir hüceyrə imiş – mən böyüdükcə, o da böyüyürdü, və bir müddət sonra içimi narahat etməyə başladı. Ondan ya birdəfəlik qurtulmalıydım, ya da ona təslim olmalıydım. Mən ona təslim oldum.
Cavanşir Quliyev Şuşanın və işğal altındakı digər şəhər və bölgələrimizin azad olmasından çox duyğulandığını bildirmişdir.
Cavanşir Quliyev doğulduğu torpağı, Azərbaycanı çox sevir. O, işğal altında olan torpaqlarımızın azad olunacağını hər gün gözlədiyini bildirmişdir.
Cavanşir Quliyev: "Şuşanın nə vaxtsa bizə dönəcəyinə inanırdım, amma özümün bunu görəcəyimə yox! Allaha çox şükür ki, bu günü mənə göstərdi. İndi bir çoxları tamamilə fərqli bir həyatı yaşayacaq, daha sakit, daha balanslı, daha sevincli, qohumlarının gələcəyinə daha çox güvənəcək. Axı, Şuşa azərbaycanlıların zehnində xüsusi bir yer tutur və musiqiçilərin zehnində isə deyərdim ki, bu, bizim musiqi Məkkəmizdir!
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi