BDU-nun aksiyaçı tələbəsi polis idarəsinə çağırıldı

img

24-02-2014 [12:48]


BDU-da aksiya iştirakçılarından olan fəlsəfə ixtisası üzrə birinci kurs tələbəsi Ofelya Abdullayeva polis idarəsinə çağırılıb.

Bu barədə Hafta.az-a açıqlamasında adıçəkilən şəxs məlumat verib: "Səhər məni yuxudan oyatdılar ki, polis idarəsinə gəlməlisən. Bölmənin nömrəsini demədilər.”

Qeyd edək ki, BDU-da bu gün saat 13:30-da növbəti tələbə aksiyasının olması gözlənilir.

Son məlumata görə, tələbə Nəsimi rayon 22 saylı polis bölməsinə çağırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA