24-02-2014 [12:42]
XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı faciəsinin 22-ci ildönümü ölkəmizin hər yerində, o cümlədən də dini inanc yerlərimiz olan məscidlərimizdə də qeyd olunur. İçəri şəhər «Cümə» məscidi dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli soyqırımın ildönümü ilə bağlı bildirmişdir ki, fevralın 26-da Azərbaycan xalqı Xocalıda törədilən soyqırımın ildönümüdür. Bu soyqırım erməni vəhşilinin nümunəsi, qəddarlığın ən zirvə nümunalərindən biridir. Bir əsrdir ki, bütün dünyaya «biz soyqırıma məruz qaldıq» yalanını qəbul etdirməyə çalışan bu xalq, 22 il əvvəl özü soyqırım həyata keçirmişdir. Acı reallıq ondan ibarətdir ki, zaman-zaman törətdikləri cinayətlərə görə hələ də cəzadan yayınmış, heç bir beynəlxalq qurumun qətnamələrinə məhəl qoymamışlır. Bu faciə bizə canlarımız qədər əziz və dəyərli olan bacı və qardaşlarımız şəhidlik məqamına yüksəldilər. Elə bir məqama ki, bu məqam haqqında əziz islam peyğəmbəri Məhəmməd (s) buyurub: «Şəhiddən başqa ölümündən sonra, Allah yanında xeyir neymətlərdən bəhrələnən heç bir şəxs bütün dünyanı ona bağışlasalar belə yenidən dünyaya qayıtmaq istəməz, çünki o. şəhadətin fəzilətini bildiyinə görə dünya öldürülmək üçün dünyaya qayıtmasın arzulayar».
Hacı Surxan bir məqama da toxunmuşdur. Bəzən bütün cəmiyyətimizə yad olan və hansısa başqa ölkələrin mənafeyini güdən ünsürlər belə bir şaiyə yayırdılar ki, guya vətəni və onun müstəqilliyini qorumaq üçün öldürülənlər şəhid hesab olunmur. Bu ya dinimizi dərindən başa düşməməyin və yaxud onu təhrif etməyin və başa düşmək istəməməyin nəticəsidir. Məgər belələrinin Hz. Rəsulullahın (s) «Ailəsi uğrunda zülmlə öldürülən şəhiddir. Qonşusu uğrunda zülmlə öldürülən şəhiddir» kəlamından xəbərləri yoxdurmu? Vətənimizi qorumağımız ailəmizi qorumağımız deyilmi? Allah torpaqlarımızın müdafiəsi və müstəqilliyimiz uğrunda öldürülən bütün şəhidlərə rəhmət eləsin və bizə də onların şəfaətinə nail olmağa nəsib etsin.
Hacı Surxay bildirmişdir ki, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində faciənin ildönümü ilə bağlı böyük toplantı keçirilmiş, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə faciə ilə əlaqədar bəyanat qəbul etmiş, respublikamızın bütün məscidlərində, dini icmalarında matəm tədbirlərinin keçirilməsi tövsiyə olunmuşdur.
Bununla əlaqədar hər il olduğu kimi İçəri şəhər «Cümə» məscidində müvafiq hazırlıq işləri görülmüşdür. Fevralın 26-da məsciddə faciə qurbanlarının, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan bütün soydaşlarımızın xatirəsinə dualar oxunacaq, ehsan mərasimi təşkil olunagaqdır.
Hacı Surxay icma adından bu faciədə şəhid olan soydaşlarımızın ailələrinə. Azərbaycan xalqına baş sağlığı vermişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi