Maliyyə Nazirliyinin xidmət rəisi Gəncədə aranı qatıb

img

24-02-2014 [10:24]


Gəncə Dövlət Universitetində rektor postu uğrunda çox ciddi mübarizə başlayıb. Rektor Yadigar Əliyevin məcburi istefa ərizəsi yazmağa məcbur edilməsindən iki aya yaxın vaxt ötsə , həmin universitetlə bağlı təyinatın ləngiməsi isə qarşı duran tərəfləri daha da aqressivləşdirib.

 Bu barədə Gəncə Dövlət Universitetindən adının çəkilməsini istəməyən müəllimi məlumat verib. Onun sözlərinə görə, hazırda universiteti rektor əvəzi kimi idarə edən Yusif Yusifov bütün gücü ilə rektor olmaq istəyir: "O, sabiq rektor Yadigar Əliyevin "torbasının tikilməsində baş rolu oynadı. Məqsəd isə Maliyyə Nazirliyində Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan qardaşı Cavanşir Yusifovun "əməyiindən istifadə etməklə, qeyri-rəsmi rektorluğunu rəsmiləşdirmək olub. Lakin Yadigar Əliyevin gedişindən iki ay ötsə , Yusif Yusifov hələ arzusuna çatmayıb. Bu isə universitetdə rektor postuna iddialı olanlardan bəzilərini həvəsləndirib”.

 Məlumata görə, Yusif Yusifovla birgə 3 ay əvvəl sabiq rektorun müdafiəsinə qalxan bu məqsədlə etiraz müraciətinə imza atan bir neçə professor da rektor olmaq istəyir: "Mətləbə keçmədən, deyim ki, Gəncə Dövlət Universitetində şəffaflığın təmin edilməsində rektor Yadigar Əliyevin fəaliyyətini qabardan, onun pedaqoji kollektiv və tələbələr tərəfindən alqışlanmasını təbliğ edən müraciətə hazırkı prorektor rektor əvəzi Yusif Yusifov imza atmayıb. Bu müraciət dolayısı ilə elə Yusif Yusifova qarşı yayıldığı da sirr deyildi. Çünki hamı bilirdi ki, o rəhbərlik etdiyi qruplaşma Yadigar Əliyevə qarşı "amansız döyüşmövqeyi seçmişdilər. isə. Sözüm odur ki, ötən ilin noyabrında yayılan müraciətə başda imza atan bir neçə professor da rektor postuna iddialıdırlar. Onların arasında tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun da, digərlərinin adını çəkə bilərik. İddialıların sayının artmasının isə rektor əvəzi Yusif Yusifovun yuxusunu ərşə çəkdiyini sözlərimə əlavə bilərəm”. 

Mənbə deyir ki, Gəncə Dövlət Universitetinin möhürünü hələ Yadigar Əliyevin dövründən ələ keçirən prorektor Yusif Yusifov Maliyyə Nazirliyinin xidmət rəisi olan qardaşı Cavanşir Yusifovun vasitəsiylə maliyyə nazirinin müavini Azər Bayramovun dəstəyindən yararlanmağa çalışır: «Bildiyiniz kimi, nazir Samir Şərifovun 1-ci müavini Azər Bayramovun kiçik qardaşı Ceyhun Bayramov təhsil naziri Mikayıl Cabbarovun həm müavini, həm gənclik dostudur. Yadigar Əliyevin "səssiz devrilməsi elə Bayramov qardaşlarının xidməti sayəsində müsbət sonunclanıb. İndisə Yusif Yusifov bu qardaşların "krişalığı ilə rektor postunda rəsmi oturmağa çalışır”.

 Müsahibimiz Yusif Yusifovun rektor təyinatı üçün ortada başqa oyunların da getdiyindən söz açıb. Bu məlumatların arasında Maliyyə Nazirliyində xidmət rəisi postunu tutan Cavanşir Yusifovun nələrdən keçməyə hazır olması ilə bağlı çox ilginc məsələlərdən də söz açılır. Bu və ya digər məlumatlarla bağlı araşdırmalarımızı davam etdirəcəyik("Reytinq" qəzeti). 

 Tərəflərin mövqeyini də dinləməyə hazırıq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA