Kollec direktorunun sürücüsü narkotiklə tutuldu

img

24-02-2014 [10:20]


Təhsil naziri Mikayıl Cabbarov sələfi Misir Mərdanovun kadrları sayılan kollec direktorları ilə yollarını ayırmaqda davam edir.

Mia.az «Reytinq» qəzetinin son sayında dərc olunan məqaləyə istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarov uzun illər Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru vəzifəsində işləyən Əmirşah Əliyevlə vidalaşıb. Bir neçə gün əvvəl isə onun yerinə isə Gəncə Humanitar Kollecinin direktorunun sabiq direktoru Aydın Əliyev təyinat alıb. Maraqlı məqam odur ki, sabiq nazir Misir Mərdanov sözügedən şəxsi işdə yol verdiyi ciddi nöqsanlarla bağlı bir il əvvəl vəzifəsindən azad etsə , cəmiyyətdə bu azadolunma yaş səhhətlə əlaqələndirildi. Yəni çox xahiş-minnətdən sonra Aydın Əliyevin əmrində «öz xahişi ilə Gəncə Humanitar Kollecinin direktoru vəzifəsindən azad olunsun» sözü yazılıb. Nazir Mikayıl Cabbarovun isə Aydın Əliyevə yenidən şans tanımasının arxasında çox incə mətləblər gizlənib.

 Bu barədə bizi məlumatlandıran şəxsin sözlərinə görə, yeni direktorun oğlu Təhsil Nazirliyində önəmli post tutur: «Aydın Əliyevin direktor təyinatında isə oğlunun tutduğu vəzifədən daha çox, onun nazir Mikayıl Cabbarova yaxın olması həlledici rol oynayıb. Aydın Əliyevin oğlunu şəxsən Mikayıl Cabbarovun özü nazirliyə işə dəvət edib. Yəni bu faktor Aydın Əliyevin vaxtı ilə yaşına səhhətinə görə ərizə yazıb,  Gəncə Humanitar Kollecinin direktoru vəzifəsindən getməsini əhəmiyyət verilməməsinə səbəb olub».

 Məlumatlı şəxs deyir ki, yeni direktorun təyinatından günlər keçməsinə baxmayaraq, artıq Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində ciddi gərginliklər yaranıb: «Aydın Əliyev təyinatından dərhal sonra kollecə gəlib. O iki direktor müavini şöbə müdirlərini toplayaraq, onları kəskin tənqid edib. Çox böyük ehtimalla yeni direktor qısa zamanda orada müavinləri şöbə müdirlərini öz kadrları ilə əvəz edəcək. Məsələnin ən maraqlı tərəfi isə tələbələrin xoflanmasına doğru atılan addımlardır. Mümkündür ki, sabiq direktor Əmirşah Əliyevin oradakı kadrları tələbə hərəkatından yararlanmaqla, vəzifələrini bir müddət qoruya bilərlər».

 Müsahibimiz Əmirşah Əliyevin vəzifədən çıxarılması haqda gizlinləri açıb: «Əmirşah Əliyevin haqqında Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Səbəb isə sabiq direktorun müxtəlif vaxtlarda müxtəlif adamlardan övladlarını kollecə qəbul etdirəcəyi adı altında pul alması göstərilir. Bununla bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə aşılmış cinayət işi də hələ bağlanmayıb. Ola bilər ki, sabiq direktoru həbs eləsinlər. Sözüm odur ki, Əmirşah Əliyevin vəzifəsindən azad olunmasında bu fakt daha böyük rol oynasa da, ortada başqa millər də var. Belə ki, təxminən bir ay əvvəl Əmirşah Əliyevin sürücüsü də həbs olunub. Məndə olan məlumata görə, Əmirşah Əliyevin sürücüsünü xidməti maşında narkotik maddə ilə tutublar. Bu isə bardağı daşıran son addım sayıla bilər».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA