ÜST-nin Avropa üzrə Regional Ofisinin missiyası Azərbaycana gəlib
17-11-2021 [17:35]
“Köməkçi texnologiyalar (KT) və reabilitasiya sektorunun Azərbaycanda gücləndirilməsi” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin missiyası ölkəyə səfər edib.
ÜST-nin Avropa üzrə Regional Ofisinin Əlillik, Reabilitasiya və Palliativ Yardım üzrə regional müşaviri Satiş Mişra və Əlillik, Reabilitasiya və Səhiyyə xidmətləri üzrə mütəxəssisi Katal Morqanın iştirakı ilə baş tutan missiyanın məqsədi Azərbaycanın KT və reabilitasiya sektorunun fəaliyyətini müşahidə etmək, maraqlı tərəflərlə ÜST-nin təşkilatçılığı ilə dünyanın 67 ölkəsində keçirilmiş və 2021-ci ildə Azərbaycanda həyata keçirilən köməkçi texnologiyalar üzrə ehtiyacları öyrənən “r-ATA” (“rapid-Assistive Technology Assessment WHO survey tool”, sürətli Köməkçi Texnologiyaların Qiymətləndirilməsi üzrə ÜST-nin sorğu vasitəsi) sorğusunun nəticələri ilə bağlı fikir mübadiləsi aparmaq, mümkün inkişaf yollarını müzakirə etmək idi.
Missiya çərçivəsində mütəxəssislər ÜST-nin Azərbaycan Nümayəndəliyinin əməkdaşları və müvafiq qurumlarla görüşlər keçirib və Azərbaycanda KT və reabilitasiya sektorunun cari vəziyyəti, sorğu və müşahidə nəticələri, mümkün inkişaf yollarını ətraflı müzakirə ediblər.
Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, DOST Agentliyi, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna səfərlər zamanı Azərbaycanda köməkçi vasitələrin istehsalı, əhalinin bu vasitələrlə təminatı, reabilitasiya xidmətlərinin səviyyəsi və maddi-texniki bazaya baxış keçirilib. Missiya maraqlı tərəflərin görüşü ilə yekunlaşıb və tərəfdaşlara keçirilən sorğunun nəticələri təqdim olunub.
Qeyd edək ki, KT insanlara sağlam, məhsuldar, müstəqil və ləyaqətli həyat sürməyə, təhsildə, əmək bazarında və vətəndaş cəmiyyətində iştirak etməyə imkan yaradır. Bu gün dünyada 1 milyard insanın məhsuldar, inklüziv və ləyaqətli bir həyat yaşaması üçün KT-yə ehtiyacı var, ancaq qlobal olaraq hər 10 nəfərdən yalnız 1 nəfərin ehtiyacı olduğu KT-dən istifadə etmək imkanı var. KT-dən istifadə bir çox insanın öz funksionallığını, sağlamlığını və rifahını qorumaq və yaxşılaşdırmaq, təhsil, iş və sosial fəaliyyətlərdə iştirak etməsi üçün zəruridir. Adətən KT-yə ehtiyacı olan insanların çoxu yaşlı insanlar, əlilliyi olan şəxslər, münaqişələr nəticəsində yaralananlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərdir. Azərbaycanda bu sahədə 6 funksional sahə üzrə (hərəkətlik, görmə, eşitmə, kommunikasiya, dərketmə və özünəqulluq) ehtiyacların öyrənilməsi ilk dəfə Əmək və Sosial Müdafiə Nazirliyinin təşəbbüsü və ÜST-nin dəstəyi ilə 2021-ci ildə ÜST-nin xüsusi sorğu vasitəsi olan “r-ATA” tədqiqatının keçirilməsi ilə aparılıb/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi