BDU-nun prorektoru: "Mühafizəçi ilə tələbə əlbəyaxa olublar!" - VİDEO

img

22-02-2014 [21:51]



Təhsil Nazirliyinin nümayəndələri ilə birgə Bakı Dövlət Universitetinin rəhbərliyinin tələbələrlə görüşündən sonra rektor Abel Məhərrəmov təcili müşavirə keçirib. Qış imtahan sessiyası və digər məsələlərlə bağlı rektorluğun iclasında mühüm qərarlar verilib. Universitetin prorektoru İradə Əliyevanın sözlərinə görə, apellyasiya komissiyasına müraciət edən tələbələrin problemləri həllini tapıb. Tələbələr bu barədə bazar ertəsi fakültə dekanlıqlarından məlumat ala bilərlər.

İradə Əliyeva: "Həmin görüşdə Abel müəllim bütün məsəllərə aydınlıq gətirdi. Məsəllərin həlli istiqamətində tapşırıqlarını verdi. Bəzi məsələlər qala bilər, yenə də birinci gün tələbələrlə görüş keçirəcəyik və qalan məsələlərə aydınlıq gətirəciyik.”

Prorektor ötən günkü görüşdə yaşanan bəzi məsələlərə də aydınlıq gətirdi. Tarix fakultəsinin tələbəsi Ramilə Kiçiyevanın şikayəti ilə bağlı İradə xanım bildirdi ki, şəxsən özü onu qəbul edib. Araşdırma zamanı müəyyən edilib ki, tələbə yazı işində 2 dəfə zəif nəticə göstərib. Buna qədər isə Ramilə dərslərdə 80 faiz iştirak etmədiyinə görə universitetdən xaric olunub, 2013-cü ildə yenidən bərpa edilib.

 Digər tələbə Hüseyn Novruzov və təhlükəsizlik xidməti əməkdaşları arasında baş verən insidentin təfərrüatları bəlli olub. Prorektor bildirdi ki, tələbənin aqressiv davranışından sonra, mühafizəçi onu qayda - qanuna riayyət etməyə dəvət edib, bu zaman əlbəyaxa olublar. Fakt aktlaşlaşdırılaraq araşdırılır(ans).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA