“Rusiya baş verənlərdən xəbərdardır, sadəcə, göz yumurlar” - Türk generaldan sərhəddəki erməni təxribatlarına reaksiya
16-11-2021 [15:37]
“Son hadisələrin Türk Dövlətləri Təşkilatının 2040-cı il hədəflərinə Rusiya tərəfindən göstərilən bir reaksiya olduğunu düşünürəm. Ümumilikdə isə istər Qarabağda, istərsə də sərhəddə baş verənlərdən Rusiya xəbərdardır. Sadəcə, buna göz yumurlar”.
Mia.az xəbər verir ki, bu fikirləri Publika.az-a Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz ermənilərin dövlət sərhədində və Qarabağda vəziyyəti gərginləşdirmək üçün törətdikləri təxribatlarından danışarkən deyib.
General bildirib ki, Ermənistan dövləti yarandığı gündən və Qafqaza yerləşdikləri 200 ildən bəri başqaları tərəfindən həm idarə, həm də istifadə olunub: “Onlar 1918-ci ildən etibarən yaradılan dövlət strukturu içərisində də başqalarının siyasi hədəflərinin əlaltısı olublar. Birinci Qarabağ savaşı təkcə Ermənistanla Azərbaycan arasında həyata keçirilən bir müharibə deyil, həm də ermənipərəst güclər, onların silahlı qüvvə və texnikaları ilə aparılıb. 28 ildə ATƏT-in Minsk qrupu adlı işə yaramaz mexanizm çərçivəsində Azərbaycanın haqqı və hüquqları əngəlləndi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməsi isə yeni bir reallıq yaratdı. Bu zəfərin bu qədər qısa müddətdə əldə olunması gözlənilən bir şey deyildi. Ancaq Azərbaycan dövləti, lideri, xalqı və Müzəffər Ordusu 44 günlük qısa müddətdə ərazilərini işğaldan azad etməyi bacardı. İmperialist, ermənipərəst qüvvələr, erməni diasporu və Ermənistanın daxilində maraqları alt-üst olan Xocalının əliqanlı qatilləri yeni duruma alışa bilməyiblər. Buna görə də bölgəyə sülhün və sabitliyin gəlməsini istəmirlər. Həmçinin Azərbaycan, Türkiyə və Ermənistanın özlərindən asılı, sözlərindən çıxmayacaq bir şəkildə yaşamalarını istəyirlər. Ancaq Azərbaycan dövləti başqalarının sözü ilə və maraqlarına uyğun şəkildə hərəkət edən dövlət olmadığını illərdən bəri nümayiş etdirib. Qarabağ zəfərindən sonra isə yeni reallıq çərçivəsində öz ərazi bütövlüyü, haqq və hüquqları ilə milli maraqlarını həyata keçirməkdədir”.
Y.Karauzun sözlərinə görə, həmin qüvvələr Rusiyada baş tutacaq zirvə görüşündən, Nikol Paşinyan və erməni xalqı sülh, sabitlik, Zəngəzur dəhlizinin açılmasından, Azərbaycan və Türkiyə ilə atəşkəs anlaşmasının sülh razılaşmasına doğru getməsindən də narahatdırlar: “Azərbaycanın yürütdüyü siyasət, İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşünün baş tutması, 2040-cı il hədəfləri, 2022-2026 hədəfləri yönündə hər sahədə ortaq əməkdaşlıq, əzm və qətiyyətliliyin fonunda bunun bir reaksiya olaraq əlaltılarından, Qarabağ klanı və bu klanın ordu içərisindəki adamlarından istifadə edərək təxribat törədirlər. Azərbaycan dövlətinə, əsgərinə və ərazisinə qarşı istər sərhəddə, istərsə də Qarabağda həyata keçirilən fəaliyyətlərə misli ilə qarşılıq verməlidir. Bir mərmi atılıbsa, 10 mərmi atmalıdır. Rəsmi Bakının qərarlılığını və gücünü göstərməsi lazımdır ki, bu da hazırda edilir. İkincisi, 10 noyabr razılaşması çərçivəsində müəyyən bir planda olan məsələlərlə bağlı nəzarət gücləndirilməli, qabaqlayıcı diplomatiya və hərbi tədbirlərin sayı artırılmalıdır”.
General hesab edir ki, bu təxribatlar törədilməyə davam edəcəyi təqdirdə, Azərbaycan Laçın dəhlizini bağlamalıdır: “Ancaq mən düşünmürəm ki, baş verənlər bu nöqtəyə qədər gedib çıxacaq. Bölgəyə sülhün və sabitliyin gəlməsini istəməyən qüvvələr burada yeni bir savaş və konflikt ocağı yaratmaq istəyirlər, buna cəhd edirlər. Bu oyuna düşmədən, haqq və hüquqlarımızı qoruyacaq şəkildə hərbi, idarəçilik diplomatik tədbirlərlə prosesin həyata keçirilməsi, təmkinli olunması, haqdan və beynəlxalq hüquqdan çıxış edilməsi, milli birlik içərisində səbrli şəkildə olayları yönəltmək lazımdır”.
Karauz vurğulayıb ki, Rusiyanın Qarabağdakı proseslərdən xəbərsiz olması mümkünsüzdür: “Onlar sadəcə göz yumurlar. Bu da Rusiyanın səmimiyyətdən bir qədər uzaq durduğunu, ikili standartlardan irəli gələn siyasət yürütdüyünü göstərir. Son hadisələrin Türk Dövlətləri Təşkilatının 2040-cı il hədəflərinə Rusiya tərəfindən göstərilən bir reaksiya olduğunu düşünürəm. Bir tərəfdən də Qarabağda heykəl qoymaqda, məktəb və xəstəxana açmaqda, hərbi bazalarını daimi kimi və mövcud sülhməramlıların sayından artıq bir şəkildə genişləndirməklə sülh adına, atəşkəsə nəzarət və müvəqqəti olan bir ünsürə yaraşmayan mövqe sərgiləyir”.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi