22-02-2014 [13:36]
Istiqlalçı Deputatlar Məclisi Hacıbaba Əzimov, Firudin Cəlilov və Məryəm Həsənovanın Milli Məclisin sabiq deputatları üçün müəyyən olunmuş pensiya hüququnun pozulması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində, ilk Avropa tipli parlamentin - Milli Məclisin üzvü seçilərək müstəqil dövlətimizin atributlarının, qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində dəyərli xidmətlər göstərmiş sabiq deputatların böyük əksəriyyəti uzun illər ərzində işsiz saxlanıldıqlarına, yalnız pensiya ümidinə qaldıqlarına, lakin halal deputat pensiyalarını almaqdan belə məhrum edildiklərinə görə agır maddi-mənəvi sıxıntılar, əsəb sarsıntıları, ciddi səhhət pozuntuları içərisində çətin həyat yaşamaga məhkum edilmişlər. Son dərəcə acınacaqlıdır ki, ilk Milli Məclisin deputatlarından hazırda 20 nəfəri pensiya yaşına çatmışdır ki, onlardan da 8 nəfəri, o cümlədən Ədalət Rəhimli, Mürşüd Məmmədli, Xanlar Məmmədov, Telman Əliyev uzun illər ərzində işsiz saxlanıldıqlarına, həm də halal deputat pensiyalarını almaqdan məhrum edilərək agır maddi-mənəvi-ruhi sarsıntılara, "məxməri terrora” məruz qoyulduqlarına görə vaxtsız vəfat etmişlər”.
Bəyanatda xatırladılır ki, hələ 1991-ci il martın 7-də Ali Sovetdə 350 nəfər deputatdan cəmi 43 nəfəri cəsarət və milli qeyrət göstərib SSPİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi əleyhinə, Azərbaycanın müstəqilliyinə səs verib: "Bu istiqlalçı deputatlar sırasında olmuş Hacıbaba Əzimov, Firudin Cəlilov və Məryəm Həsənova həm də cəmi 51 nəfərdən ibarət ilk Milli Məclisin üzvləri seçilmiş və 1991-1995-ci illərdə orada qanunverici səs hüquqlu deputat statusunda fəaliyyət göstərmişlər. Buna baxmayaraq Dövlət Sosial Müdafiə Fondu həmin sabiq deputatların pensiya ilə bağlı müraciətlərinə cavab məktubunda hüquq normalarını deyil, Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin vaxtilə səlahiyyətlərini aşaraq qanuna verdiyi antikonstitusion şərhini əsas tutaraq və onun absurd cümlə və ifadələrini eynilə təkrar edərək onlara sabiq deputatlar üçün müəyyən olunmuş pensiya verməkdən imtina etmişdir. Buna görə də sabiq deputatlar aidiyyəti üzrə məhkəmələrə müraciət etmişlər. Lakin pensiya hüququqlarının pozulması ilə bağlı H.Əzimovun şikayətini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, F.Cəlilov və M.Həsənovanın iddialarını isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təmin etməmiş, qanunvericiliyə tamamilə zidd, ədalətsiz qərarlar qəbul etmişlər. Hazırda prof. H.Əzimovun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında baxılır. Növbəti məhkəmə baxışı fevralın 25-də saat 16-da Bakı Apellyasiya Məhkəməsinin binasında keçiriləcəkdir. F.Cəlilov və M.Həsənovanın şikayətləri isə yaxın günlərdə Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim ediləcəkdir”.
İstiqlalçı Deputatlar Məclisi belə hesab edir ki, "birinci instansiya məhkəmələrı qəsdən ilk Milli Məclisin deputatlarına qarşı cavabdehlər tərəfindən göstərilən diskriminasion münasibətə göz yummuş, günahkarları müdafiə mövqeyi tutmuş və nəzərə almamışlar ki, pensiya ilə bağlı ölkə qanunvericiliyində "xalq hakimi” və "Ali Məhkəmənin üzvü” məfhumları olmadığına, yalnız "hakim” ifadəsi işləndiyinə və Azərbaycan Respublkasında işləmiş "sabiq hakimlər” üçün güzəştli pensiya nəzərdə tutulduğuna baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu Sovet dövründə "xalq hakimi” və "Ali Məhkəmənin üzvü” işləyən şəxsləri belə müstəqil Azərbaycan Respublikasında "hakim”, "Ali Məhkəmənin hakimi” işləyən şəxslərlə eyniləşdirərək onların hamısına eyni kateqoriya üzrə güzəştli pensiya verir, lakin Konstitusiyanın bərabərlik hüququ prinsipini pozaraq 1991-1995-ci illərdə "Milli Məclisin üzvü” adlandırılan deputatlarla sonralar "Milli Məclisin deputatı” adlananlar arasında normativ hüquqi fərq qoyur və birincilərə sabiq deputatlar üçün müəyyən olunmuş güzəştli pensiya verməkdən imtina edir”.
Bəyanatda xüsusi olaraq vürğulanır ki, "Əmək pensiyaları haqqında” qanunda Milli Məclisin sabiq deputatları arasında hər hansı ayrı-seçkilik, fərq qoyulmur. Ona görə də hələ 2007-ci il martın 7-də Milli Məclisin 21 nəfər nüfüzlu deputatı, o cümlədən V.Əhmədov, Ə.Məsimli, İ.İsmayılov, C.Həsənli, Q.Paşayeva, S.Rüstəmxanlı, Q.Həsənquliyev, A.Mollazadə, A.Quliyev və başqaları ilk Milli Məclisin deputatlarının pensiya təminatı məsələsində Konstitusiyanın bərabərlik hüququ prinsipinin pozulması ilə bağlı dövlət başçısına məktubla müraciət etmişlər. Lakin nədənsə bu müraciətə cavab verilməmişdir.
Bəyanatın sonunda İstiqlalçı Deputatlar Məclisi qanunun aliliyi prinsipini əsas tutaraq məhkəmələrdən istiqlalçı deputatların apellyasiya şikayətinə baxılarkən maddi və prosesual hüquq normalarının düzgün tətbiq edilməsini, milli qanunvericiliyin və beynəlxalq hüququn tələblərinin pozulmasına yol verilməməsini, Azərbaycan dövləti adından verilmiş hökmlərin ədalətliliyinin və qanuniliyinin təmin olunmasını tələb edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi