BU TƏLƏBƏLƏRƏ TƏQAÜD NECƏ VERİLƏCƏK? - Yeni qaydalar
15-11-2021 [19:10]
Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, peşə təhsili müəssisələrinin əyani təhsilalma forması üzrə təhsil alan tələbələrinə təqaüd onların aralıq qiymətləndirmə (yarımil) nəticələrinə görə verilir.
Hər tədris ili üçün peşə təhsili müəssisələrində ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir.
Hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti yarımildə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir.
Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər yarımil üzrə (birinci tədris ilinin birinci yarımili istisna olmaqla) aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən modullar (fənlər) üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:
- ilk və texniki peşə təhsili səviyyələri üzrə:
- modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “5” olan tələbələrə “əlaçı” təqaüdü;
- modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “4” və “5” olan tələbələrə “həvəsləndirici” təqaüdü (bu halda ən azı bir moduldan (fəndən) akademik göstəricisi “5” olmalıdır);
- modullar (fənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “3” - “5” olan tələbələrə “adi” təqaüd verilir;
- yüksək texniki peşə təhsili səviyyəsi üzrə:
- modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü;
- modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü (bu halda ən azı bir moduldan (fəndən) akademik göstəricisi 91 baldan yuxarı olmalıdır);
- modullar (fənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 51-100 bal olan tələbələrə “adi” təqaüd verilir.
Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci yarımilində ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdiyi nəticə və ya orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanından topladığı bal, sonrakı yarımillərdə isə əvvəlki yarımildəki aralıq qiymətləndirmənin nəticəsi yüksək olan tələbəyə üstünlük verilir.
Təqaüd almaq hüququ olan tələbələrin siyahısı müəyyən- ləşdirilərkən, təqaüdlərin müəyyən edilmiş sayı müvəffəq qiymət alanların sayından çox olduğu halda, qalan təqaüd yerləri pedaqoji şuranın qərarı ilə digər ixtisaslar üzrə təhsil alan və həmin yarımildə aralıq qiymətləndirmə üzrə yekun nəticəsi yüksək olan tələbələrə növbəti yarımilədək verilir.
Aralıq qiymətləndirmənin yekun nəticələrinə görə çoxballı sistem üzrə 50 baldan və ya 5 ballıq qiymət şkalası üzrə “3”-dən aşağı qiymət almış peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdün verilməsi dayandırılır. Akademik borclar ləğv edilən gündən təqaüdün verilməsi bərpa olunur.
Xəstəliyə və digər üzrlü səbəblərə görə aralıq qiymət- ləndirmədə iştirak etməyən tələbələrə akademik borcların ləğvi üçün ayrılan müddətin sonunadək təqaüdün verilməsi davam etdirilir. Akademik borca görə təkrar kursda saxlanılan və təhsillərini müvəqqəti olaraq dayandıran tələbələrə təkrar təhsil ili dövründə təqaüd ödənilmir.
Peşə təhsili pilləsinin ilk və texniki peşə təhsili səviyyələrinə dövlət vəsaiti hesabına qəbul olunan tələbələrə müvafiq fənlər üzrə attestat qiymətlərinin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.
Tam orta təhsil bazasından qəbul olunan və ilk peşə təhsili səviyyəsi üzrə təhsil alan tələbələrə müvafiq fənlər üzrə attestat qiymətlərinin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.
Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə:
- ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdikləri nəticələrə əsasən peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrə həmin imtahanlarda topladıqları qiymətlərin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir;
- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən peşə təhsili müəssisələrinə qəbul olunan və imtahan verilən fənlər üzrə müəyyən edilmiş maksimal balın 85 faizini və daha çoxunu toplayan tələbələrə birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir.
- Təkrar olaraq eyni peşə təhsili səviyyəsində təhsil alan tələbələrə dövlət hesabına təqaüd verilmir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi