Azərbaycanda toyda kütləvi dava - 3 nəfər yaralandı

img

22-02-2014 [01:14]


Samuxda toy mərasimində kütləvi davada 3 nəfər xəsarət alıb. "Qafqazinfo” Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün axşam saatlarında Samux rayonu, Kolayır kəndində insident baş verib. Adıçəkilən kənddə toy mərasimi zamanı sərxoş olan gənclər arasında kütləvi dava olub. Nəticədə üç nəfər Samux sakini aldıqları ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Şöbədən verilən məlumata görə, hər üç xəstə küt alətlərlə döyülüb. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA