BDU-nun tələbəsini kimlər və niyə döydülər? - VİDEO

img

22-02-2014 [00:43]


BDU-da etiraz edən Hüseyn Novruzov adlı tələbəni döyənlərdən biri Qənbərov Daşqın Məcid oğlu KİMDİR:

- Hüquq üzrə fəlsəfə doktoru

- 12 ildir BDU Tələbə Həmkarlar Komitəsinin sədri

- BDU mühafizə xidmətinin rəhbəri

- "Beynəlxalq ümumi hüquq" kafedrasının müəllimi

- Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının üzvü

- İlham Əliyev tərəfindən "Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub

- Abel Məhərrəmovun baldızı qızının əridir.

- Ona görə də universitet tərəfindən evlə təmin olunub.

- Biləsuvarda bir neçə əmlakın sahibidir.

****

Bakı Dövlət Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı universitet tələbəsi Hüseyn Novruzovun döyülməsi faktına münasibət bildirib.

N. Ramazanlı Lent.az-a açıqlamasında bildirib ki, H. Novruzovla BDU-nun mühafizə xidmətinin əməkdaşı Ruslan Rüstəmov arasında insident yaşanıb: "Həmin şəxslər arasında baş verən davanı əks etdirən videoya mən də baxmışam. Hüseyn Novruzovu otağıma dəvət edib, onunla söhbət etdim. O mənə dedi ki Rüstəmi döyəcəm, öldürəcəm və s. Aldığım məlumata görə, insidentə səbəb Hüseynin rektor Abel Məhərrəmovun tələbələrlə görüşündən sonra nalayiq ifadələr işlətməsi olub. Mühafizə xidmətinin əməkdaşı onu sakitləşdirməyə çalışanda, Hüseyn Novruzov ona fiziki təzyiq göstərib”.

N. Ramazanlının sözlərinə görə, müxtəlif xəsarətlər alan mühafizə xidmətinin əməkdaşı xəstəxanaya, H. Novruzov isə Polis Bölməsinə aparılıb.

Prorektor onu da vurğulayıb ki, H. Novruzov BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin 3-cü kurs tələbəsidir: "Məsələ hazırda polis tərəfindən araşdırılır. Kimin günahı varsa, o da cəzasını alacaq”.

Təhsil Nazirliyi də Bakı Dövlət Universitetinin tələbəsinin döyülməsi faktına münasibət bildirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, BDU-nun tələbəsi Hüseyn Novruzovun döyülməsi ilə bağlı material (video) nazirlik tərəfindən araşdırılacaq: "Bundan sonra isə məsələyə baxılacaq".

Qeyd edək ki, bu gün rektor Abel Məhərrəmovun tələbələrlə görüşündən sonra mühafizə xidmətinin əməkdaşları tərəfindən H. Novruzovun döyülməsini əks etdirən video yayılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA