Xocalı soyqırımı ilə bağlı Qusarda tədbir keçirildi -FOTO

img

21-02-2014 [13:14]


"Mina Qurbanlarına İctimai Dəstək” ictimai birliyinin təşəbbüsü ilə şəhid Bəhruz Ağaverdiyev adına Qusar rayon 1saylı orta məktəbdə "Xocalı həqiqətləri tariximizin qan yaddaşı" mövzusunda tədbir keçirildi.


Tədbirdə "Azad Qarabağ Uğrunda Alyans”dan "Mina Qurbanlarına İctimai Dəstək” İB-nin sədri Məmmədhəsən Həsənov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov və Qusar rayonunun sevimli qəhrəman sakini, Qarabağ əlili Səmayə Bədəlova iştirak etdi. Tədbir şəhidlərin ruhuna 1 dəqiqiəlik sükutla başlandıqdan sonra, Azərbaycan Respublikasının Dövlət Himni oxundu. Tədbirdə məktəb direktoru Arif Xəlilov çıxış etdikdən sonra QHT sədrləri Xocalı qətliamı barədə niqt söylədilər. Sonda məktəblilərə bayraqlar hədiyyə edildi və xatirə şəkli çəkildi.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA