Gültəkin Hacıbəyli 500 manat aliment istədi, 200 alası oldu

img

21-02-2014 [12:56]


Bu gün - fevralın 21-də Ali Məhkəmədə hakim Mehparə Əhmədovanın sədrliyi ilə sabiq deputat Gültəkin Hacıbəylinin şikayətinə baxılıb.

Bu barədə virtualaz.org saytına vəkil Ziyad Abbaszadə məlumat verib. Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində iddia qaldıran sabiq deputat keçmiş əri Mahmud Mehdiyevdən ayda 500 manat aliment tələb edib. Nərimanov Rayon Məhkəməsi isə M.Mehdiyevin 200 manat aliment ödəməsi ilə bağlı qərar çıxarıb. Apelyasiya Məhkəməsi də Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Z.Abbaszadə dedi ki, bugünkü məhkəmə prosesində G.Hacıbəylini vəkili Bəhruz Bayramov təmsil edib. İşə baxan hakim Mehparə Əhmədova G.Hacıbəylinin iddiasını rədd edib, beləliklə də Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Sabiq deputatın keçmiş həyat yoldaşı Mahmud Mehdiyev isə virtualaz.org saytına məhkəmənin qərarından sonra hər ay 200 manat aliment ödəyəcəyini dedi: "Məhkəmənin qərarını icra etməyə borcluyam. Bundan sonra hər ay aliment ödəyəcəm”.

Xatırladaq ki, sabiq deputat keçmiş həyat yoldaşı M.Mehdiyev və onun ailəsi haqqında hələ də ittihamlar səsləndirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA