Qubad İbadoğlunu ofisindən çıxardırlar

img

20-02-2014 [13:19]


"Hasilat sənayesində şəffaflığın artırılması” üzrə QHT koalisiyası Nərimanov metrostansiyası yaxınlığında yerləşən ofisindən çıxarılıb.Təşkilatın rəhbəri, iqtisad elmlər doktoru Qubad Ibadoğlu jurnalistlərə bildirib ki, ofisin rəhbəri "qonşuların şikayətlərinə” əsaslanaraq yeri dərhal tərk etməyi təklif edib, fevralın 17-də ofis boşaldılıb. Koalisiyaya 120 qeyri-hökumət təşkilatından başqa Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, həmçinin neft və qaz hasilatı üzrə layihələr çərçivəsində xarici tərəfdaşlar daxildir. Təşkilatın məqsədi iştirakçıların fəaliyyəti və maliyyə intizamları ilə bağlı hesabatlarının şəffaflığıdır.

Qubad İbadoğlunun sözlərinə görə, onların ofisdən çıxarılmasının əsasında siyasi motivlər dayanır: "Azərbaycanın beynəlxalq strukturlar qarşısında hasilat sənayesinin cəmiyyət qarşısında hesabatlılığı ilə bağlı öhdəliyi var. Hakimiyyətin son qərəzli addımları qarşılıqlı münasibətlərin normalarını kobud şəkildə pozur”./Turan/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA