Elmlər Akademiyasında direktor işdən çıxarıldı, yeni təyinatlar oldu

img

20-02-2014 [12:02]


MEA Elmi İnnovasiyalar Mərkəzinin direktoru, iqtisad üzrə elmlər doktoru Fərman Qasımov vəzifəsindən azad edilib. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında təsdiq olunub.

F.Qasımov tutduğu vəzifədən öz xahişi əsasında azad olunub.

Digər bir qərarla həmin vəzifəyə hüquq üzrə fəlsəfə doktoru Azər Namazov təyin edilib. Qeyd edək ki, A.Namazov bu vəzifəyə təyin edilməmişdən əvvəl AMEA Rəyasət Heyəti Mərkəzi aparatının Hüquqi təminat şöbəsinin rəisi idi. Şöbənin yeni rəisi vəzifəsinə isə A.Namazovun müavini, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev təyin edilib.
Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA