RƏSMİ BAKI: "Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır..." - "Revanşizmin dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır"
08-11-2021 [10:12]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü münasibətilə bəyanat yayıb.
XİN-dən Mia.az-a verilən məlumata görə, bəyanatda deyilir:
“8 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Zəfər Gününü qeyd edir.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, 27 sentyabr 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin edildi, bir milyona yaxın azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərində yaşamaq hüququ bərpa edildi.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yeri olan Şuşa şəhəri də daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyuldu və Ermənistan öz məğlubiyyətini etiraf edərək, Kəlbəcər, Ağdam və Laçın rayonlarından silahlı qüvvələrini çıxartdı. Beləliklə də, münaqişə hərbi-siyasi yolla öz həllini tapdı.
Müharibə sonrası Azərbaycan qarşısında azad olunmuş ərazilərinin yenidən tikilməsi və bərpası, bu ərazilərin minalardan təmizlənməsi kimi mühüm vəzifə dayanır. Bu işlərin mərkəzində on illiklər ərzində fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünü təmin etmək dayanır. Zaman, maliyyə və ciddi səylər tələb edən bu prosesdə Azərbaycan tək deyil, dost və tərəfdaş ölkələr bizimlə birlikdə azad olunmuş ərazilərin yenidən canlandırılmasında iştirak edirlər. Qarşıdan gələn illərdə biz, ilk məcburi köçkünlərin öz evlərinə geri qayıdışının şahidi olacağıq.
30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən törədilən qeyri-qanuni fəaliyyət, beynəlxalq hüquq pozuntuları, müharibə cinayətləri, o cümlədən urbisid, kultursid, ekosid cinayətlərinin araşdırılması və bu pozuntulara görə məsuliyyət daşıyanların beynəlxalq ədalət qarşısında cavab verməsi üçün Azərbaycan tərəfindən müvafiq addımlar atılıb və bu addımlar növbəti mərhələdə davam edəcəkdir. Günahkarların cəzalandırılması, ədalətin təmin olunması və gələcəkdə bu halların təkrarlanmasının qarşısının alınması baxımından vacibdir.
Azərbaycanın gələcəyə baxış strategiyasının əsasını dayanıqlı sülh, inkişaf və tərəqqinin təmin edilməsi təşkil edir. Ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycan, beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsi əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. Bölgədə gələcək sülh və təhlükəsizliyin təminatı üçün hazırkı mərhələdə üçtərəfli bəyanatların tam şəkildə icrası vacibdir və Azərbaycan bu istiqamətdə atdığı addımlara Ermənistan tərəfindən qarşılıq verilməsini gözləyir.
Münaqişənin bitməsi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və hər kəs bu reallıqları qəbul etməlidir. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.
8 noyabr - Zəfər Günü, Azərbaycan xalqının tarixinin şanlı səhifəsini təşkil etməklə, beynəlxalq hüquq və ədalətin təntənəsidir. Bu önəmli gündə Azərbaycanın müstəqilliyi, suverenliyi və bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi