19-02-2014 [16:39]
"Mənə heç olmasa bircə ölkə göstərin ki, orada səhiyyə sistemi ideal olsun. Problemlər bizdə də var və bunu heç kəs inkar etmir. Amma bizi tənqid edənlər indiki vəziyyətlə 10 il əvvəlki vəziyyəti müqayisə etsinlər”.
Bunu haqqin.az saytına açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.
"10 il qabaqkı dövrlə müqayisədə müsbət dəyişikliklər var və bu, özünü dövlət xəstəxanalarında çarpayıların sayında da göstərir, Çarpayı sayı on dəfələrlə artıb. Bu da təsadüfi deyil. Dövlət tibb müəssisələri müasir aparatlarla təchiz olunub. Onları işlədən ixtisaslı kadrlarımız var. Ölkədə yüksək texnologiyalar əsasında cərrahiyyə əməliyyatları aparılır. Diaqnostika sahəsi xeyli inkişaf edib. Əvvəllər vətəndaşlarımızın belə yüksək səviyyəli tibbi xidmətlərdən istifadə etmək imkanı yox idi. Həkimlərə etimadsızlıq vardı. İndi çox adamın xəstələnməsi pisdir. Amma daha pisi o olardı ki, onlar tibbi yardım, özü də pulsuz tibbi yardım almayaydı” - deyə nazir bildirib.
O.Şirəliyev ekspertlərin əhalinin Azərbaycan həkimlərinə inanmadığı, bu üzdən xaricə, əsasən də İrana, Türkiyəyə və Rusiyaya müalicəyə getməsi barədə dediklərini də şərh edib: "Səhiyyə turizmi praktikası dünyanın hər yerində var. Çox adam xaricdə dincələrkən, yaxud ezamiyyətdə olarkən yolüstü özünü "check up” deyilən tibbi müayinədən keçirtdirir. Əslində bu da yaxşı haldır”.
Səhiyyə nazirinin sözlərinə görə, Azərbaycandan xaricə müalicəyə ildə uzağı 2 min adam gedir. Amma 800 mindən çox vətəndaşımız ölkədə müalicə olunur.
"Həkim səhvləri”ndən danışan O.Şirəliyev bildirib ki, bundan nəinki Azərbaycanda, heç dünyanın heç bir ölkəsində heç kim sığortalanmayıb: "Almaniya kimi qabaqcıl səhiyyə ölkəsində ildə orta hesabla 19 min pasiyent həkim səhvlərindən ölür. ABŞ-da isə ildə 1,5 milyon nəfər yanlış tibbi xidmətdən zərər çəkir. Orada həkim səhvindən ölənlərin sayı isə 7 min nəfərdir”.
Xatırladaq ki, O.Şirəliyevin işarə vurduğu 10 il əvvəlki dövrdə səhiyyə naziri postunu hazırda həbsdə olan Əli İnsanov tuturdu.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi