Çingiz Abdullayevdən onu ittiham edənlərə cavab gəldi: "Mən şəhid qardaşıyam..."
01-11-2021 [23:25]
"Mənim qardaşım şəhid olub, mən şəhid qardaşıyam. Mənim qohumlarım müharibədə iştirak ediblər və onlardan şəhid olanları var".
Mia.az xəbər verir ki, bunu Etikxeber.az-a özəl açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin Birinci müavini Çingiz Abdullayev sosial şəbəkələrdə onun ünvanına səsləndirilən ittihamlara cavabında bildirib.
“Ermənilər dəfələrlə mənim üzümə, üzümüzə deyirdilər ki, biz əsgər xalqıq, döyüş xalqıyıq, siz isə ticarət xalqısınız. Biz sizi birinci müharibədə udmuşuq, ikinci müharibədə isə uduzmuşuq. Mən isə onlara deyirdim ki, bunlar ağ yalandır, siz yalan danışırsınız. Çünki Birinci Qarabağ Müharibəsi zamanı bizdə ordu yoxuydu, 5 il ərzində az qala 7 dəfə hakimiyyət dəyişmişdi, ölkədə hakimiyyətsizlik idi. Sizlər-ermənilər isə bu qarışıqlıqdan istifadə edib, bizim torpaqlara girdiniz və torpaqlarımızı işğal etdiniz. Mən bunu onların üzünə demişəm. Bəli, 1993-94-cü ilə qədər bizdə ordu yoxuydu. Müharibə isə iki ordu arasında olur. Bizdə ordu olsaydı, o zaman Xocalı faciəsi olmazdı, Şuşa, Laçın, Kəlbəcər və digər rayonlarımız işğal edilməzdi.
O vaxt rəhmətlik Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi və bizi xilas etdi. O zaman müharibəni dayandırdı, atəşkəsə imza atdı və bundan sonra ordu quruculuğuna başladı. Bizdə ordu Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yaranmağa başladı və ölkə Prezidenti İlham Əliyevin dövründə ordumuz daha da möhkəmləndirildi, daha da gücləndirildi, əsl ordu yarandı. Və biz müharibəni udduq. Biz qəhrəman xalqıq, biz əsgər, döyüşkən xalqıq. Mən bunu demişəm. İndi kimlərsə bilib-bilmədən mənim adımı hallandırmağa çalışırlarsa, cox səhv edirlər, bəlkə də özləri də bilmədən ermənilərə işləyirlər. Yenə deyirəm: mən özüm şəhid qardaşıyam, qohumlarım müharibədə iştirak ediblər və içlərində şəhid olanları var. İttiham edərkən, bilsinlər ki, kimi və nədə ittiham edirlər”-deyə, Xalq yazıçısı sözlərinə əlavə edib.
Qeyd edək ki, sosial şəbəklərdə Ç. Abdullayevin “Birinci Qarabağ Savaşı olmayıb” fikrini səsləndirməsi iddia olunub və bununla bağlı ona qarşı sərt ittihamlar səsləndirilib.
Kamil HƏMZƏOĞLU
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi