Vasif Talıbovdan daha bir ilginc qadağa

img

19-02-2014 [11:56]



 Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikada daha daha bir qadağa tətbiq edib. Bu dəfə o, Naxçıvana Azərbaycanın digər bölgələrindən MR-ə daxil olan avtomobillərə vaxt məhdudiyyəti qoyub. Bildirilib ki, dövlər nömrə nişanı "85” olmayan avtomobillər iki ay ərzində Naxçıvanı tərk etməlidir.

 Bu sözləri Mia.az-a Naxçıvan sakinləri deyiblər. Onların sözlərinə görə, Azərbaycanın digər bölgəsinin dövlət nömrə nişanı olan avtomobili alqı-satqı yolu ilə alan sakinlər bu üzdən də cox ciddi problemlərlə üzləşiblər: "Etibarnamə ilə maşın alanlar var. Həmin adamın Naxçıvanda 5-6 aylıq işi olduğundan burada yaşamaq məcburiyyətində qalıb. Onu məcbuq edirlər ki, hər iki aydan bir İrandan Azərbaycanın Biləsuvar rayonuna keçid edib, yenidən geri qayıtsın. Əks halda maşın əlindən alınacaq, özü isə saxlanılacaq. Belə halar artıq hamıya tətbiq olnmağa başlayıb. Hətta Azərbaycanın digər böğlələrindən Naxçıvana iş qurmağa və və ya qonaq gələnlərə də belə problem yaradılır. Anlamaq olmur ki, Vasif Talıbovun bu qadağası niyə xidmət edir? Bəyəm Naxçıvan basqa bir ölkədir ki? Adətən belə qadağalar ölkələr arası olur. Naxçıvan isə Azərbaycanın tərkibindədir. Belə qanunsuzluqlara hansı adı vermək olar?”. 

 Sonda isə adlarının bəlli səbəbdən çəkilməsini istəməyən yerli sakinlər ölkə prezidenti İlham Əliyevdən bu məsələyə aydınlıq gətirilməsini də xahiş ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA