Əhəd Abıyev 4.2 milyona İcra Hakimiiyəti tikdirir - Korrupsiya ittihamı

img

19-02-2014 [11:33]


Daşkəsənin icra başçısı Əhəd Abıyev Dövlət Büdcəsindən rayona ayrılan 8 milyon manata yaxın vəsaitin 50 böyük hissəsini təyinatı üzrə xərclənməsinə imkan vermir.  

Mia.az Demokratiya.info-ya istinadən xəbər verir ki, Daşkəsən rayonuna təkcə ötən il üçün büdcədən 8 milyon manat pul ayrılıb və bu pulun 4.2 milyon manatına icra başçısı  Əhəd Abıyev İcra Hakimiyyətinin yeni binasının  inşasına xərcələməkdədir: "Hazırda binanın inşası gedir və onun nə zaman bitəcəyi, habelə büdcədən yenə pul lazım olub-olmayacağı da məlum deyil. Məlumatlarda deyilir ki, Daşkəsənin icra başçısı işi o həddə çatdırıb ki, bəzən fəhlələrə verilən əmək haqlarının da kəsilməsi kimi göstərişlər verir. 

Daşkəsəndə görülmüş abadlıq və yenidən qurma işlərinə gəldikdə isə durum bir qədər fərqlidir. Verilən məlumata görə, Heydər Əliyev prospektində istinad divarlarının təmir işlərini həyata keçirmək üçün büdcədən 349303,7 manat qoparmağa nail olan icra başçısının məqsədi elə həmin pulu almaq olub. Çünki həmin divarlara vurulan daşlar bir yağışdan sonra sökülməyə başlayıb.

Abadlıq işləri və Daşkəsən şəhərində H.Əliyev prospekti və ona bitişik yollarda təmir və abadlıq işlərinin satın alınması üçün ayrılmış 2 milyon manat da eyniylə bu şəkildə xərclənib və nəticələr yolların dağılmasından başqa bir şey deyil.

Bir başqa yeyinti yeri kimi isə Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı təmir işləri göstərilir. Buraya 1,3 milyon manat ayrıldığı və görülən işlərin də bərbad vəziyyətdə olduğu vurğulanır. Bu yolun əsaslı təmiri üçün isə daha 140 min manat pul almağı bacaran icra baçısı imkan daxilində üçüncü dəfə də pul əldə etmək üçün hökumətə müraciət edə bilər.

Hərçənd Əhəd Abıyev rahat avtomobildə gəzməyin də keyfini çıxarıb. Çünki onun rayonuna avtomobil alınması üçün 34220 manat pul verilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA