Müdafiə Nazirliyi gizli səs yazısına reaksiya verdi - Təxribatdır

img

19-02-2014 [11:08]


Azərbaycan Müdafiə Nazirliyi Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparıldığı iddia olunan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri barədə səsləndirilən fikirlərə rəsmi aydınlıq gətirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, nazirlik bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildirir ki, müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA