ƏRDOĞANLA BAYDENİN 1 SAAT 10 DƏQİQƏ ÇƏKƏN GÖRÜŞÜ: masaya nələr yatırılıb? -VİDEO/FOTO(YENİLƏNİB)
31-10-2021 [16:17]
Türkiyə lideri Ərdoğanla Bayden F-35 və F-16-ların alınması, o cümlədən PKK-ya verilən dəstək, həmçinin NATO səviyyəsində əməkdaşlıq və digər məsələləri də müzakirə edib.
Mia.az xəbər verir ki, bu barədə Ərdoğan Romada keçirdiyi mətbuat konfransıda deyib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Türkiyə liderinin Romada ABŞ Prezidenti Cozef Baydenlə baş tutan görüşünü müsbət adlandırıb.
Bildirilib ki, müsbət atmosferdə keçən danışıqlarda ikitərəfli münasibətlər və regional mövzular müzakirə edilib.
“Lliderlər ikitərəfli münasibətləri daha da gücləndirmək və inkişaf etdirmək üçün birgə mexanizm yaratmaq barədə razılığa gəliblər. Danışıqlar zamanı tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımları müzakirə ediblər. NATO müttəfiqliyinin və strateji tərəfdaşlığın əhəmiyyəti qeyd edilib. Tərəflər iqlim dəyişikliyi ilə mübarizə kontekstində atılan qarşılıqlı addımlardan məmnunluq ifadə ediblər”, - məlumatda deyilir.
***
Ağ Ev “Böyük iyirmiliyin” (G20) liderlərinin Romada keçirilən sammiti çərçivəsində Nuvola Konqres Mərkəzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşü barədə məlumat yayıb.
Mia.az xəbər verir ki, məlumata əsasən ABŞ və Türkiyə prezidentləri Qafqaz, Suriya, Liviyadakı diplomatik səyləri və Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər.
“Prezident Bayden müdafiə sahəsində tərəfdaşlığımızı və Türkiyənin NATO müttəfiqi kimi əhəmiyyətini bir daha təsdiqləyib. O, konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarını effektiv şəkildə həll etmək istəyini vurğulayıb”.
1 saat 10 dəqiqə davam edən görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub. NATO müttəfiqliyi və strateji tərəfdaşlıq məsələlərinin də əsas müzakirə mövzusu olduğu görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan birgə addımlardan məmnunluq ifadə olunub.
***
Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin ikitərəfli görüşü keçirilib.
Görüş “Böyük iyirmiliyin” (G20) liderlərinin sammiti çərçivəsində baş tutub.
Görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken də iştirak edib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.
“Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammiti çərçivəsində görüşən liderlər kameralar qarşısında qısa salamlaşdıqdan sonra görüş otağına yollanıblar.
Amerikalı jurnalistin "Türkiyəyə F-16-ları verməyi düşünürsünüzmü?" sualına ABŞ prezidenti C.Bayden “Yaxşı görüş keçirməyi planlaşdırırıq” deyə cavab verib.
Bağlı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.
Ərdoğan daha əvvəl bildirmişdi ki, Cozef Baydenlə qarşıdakı danışıqların əsas mövzusu Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin hazırlanması proqramında iştirakı məsələsi olacaq.
Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində görüşüblər/Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi