Elmar Vəliyev göstəriş verdi, Müdafiə Nazirliyi geri çəkildi

img

19-02-2014 [10:59]


Müdafiə Nazirliyindən Gəncənin mərkəzində olan hərbi hissələrin köçürülməsi ilə bağlı açıqlama veriblər.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Silahlı Qüvvələrin birlikləri, birləşmələri və hərbi hissələri Azərbaycan Respublikasının Hərbi Doktrinasının tələblərinə müvafiq olaraq yerləşdirilir: "Azərbaycan Respublikasının Hərbi Doktrinasının tələblərinə müvafiq, Silahlı Qüvvələrin birlikləri, birləşmələri və hərbi hissələri müəyyən edilmiş potensial və real hərbi təhdidlərin konkret istiqamətlərinə uyğun olaraq yerləşdirilir”. 

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2013-cü ilin yekunlarına həsr edilən hesabat iclasında bildirib ki, Yaxın vaxtlarda Gəncənin mərkəzində olan hərbi hissələr başqa yerlərə köçürüləcək. 
İcra başçısının sözlərinə görə, hərbi hissələrin köçürülməsi işinə yaxın vaxtlarda başlanılacaq.

Elmar Vəliyev onu da əlavə edib ki, bu hərbi hissələr köçürüləndən sonra, onların yerində hündürmərtəbəli binalar, yaşayış massivləri tikiləcək.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA