Sahibə Qafarova Türkiyənin milli bayramı ilə bağlı tədbirdə: "Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür" - FOTOLAR
29-10-2021 [18:17]
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyi tərəfindən Türkiyə Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.
Mia.az Milli Məclisə istinadla xəbər verir ki, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən səfir Cahit Bağcı bildirib ki, Türkiyə Cümhuriyyəti yaradılmasından ötən 98 ildə həm daxili, həm xarici düşmələrin hücumlarına, təhdidlərinə məruz qalıb, onlara qarşı böyük müqavimət göstərərək bütün çətinlikləri geridə qoyub. Getdikdə daha da güclənən Türkiyə təhdidlərə qarşı hər cür yolları, strategiyaları inkişaf etdirərək bu günlərə gəlib çıxıb, regional gücə və qlobal aktora çevrilib.
Səfir qeyd edib ki, Türkiyə qardaş Azərbaycanla “Bir millət, iki dövlət” fəlsəfəsinə və Şuşa Bəyannaməsinin hədəflərinə uyğun şəkildə münasibətlərinin daha da dərinləşdirilməsi, genişləndirilməsi üçün böyük səylə çalışır.
Sonra Cahit Bağcı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaranmasının 98-ci ildönümü münasibətilə xalqa müraciətini oxuyub.
Rəsmi qəbulda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.
Bildirib ki, Türkiyə Cümhuriyyətinin 98 il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan rifah və quruculuq yolu türk xalqının nələrə qadir olduğunu dünyaya göstərmişdir. Xüsusən, son illərdə Türkiyə Cümhuriyyəti türk dünyasının böyük siyasi və dövlət xadimi cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçmişdir. Cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrət doğuran uğurlar qazanılmışdır.
Spiker diqqətə çatdırıb ki, bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Qardaş ölkənin bu yüksəlişi bizi ürəkdən sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərə əsaslanan səmimi əlaqələrin beynəlxalq münasibətlər sistemində nadir nümunə olduğunu bildirən Sahibə Qafarova deyib ki, xalqlarımızın və dövlətlərimizin dostluğu və qardaşlığı bizim ən böyük sərvətimizdir. Milli Məclisin sədri vurğulayıb ki, ölkələrimiz arasında münasibətlər Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi "bir millət, iki dövlət" prinsipi üzərində qurulmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, "Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır".
Spiker Sahibə Qafarova qeyd edib ki, xalqlarımız XX yüzilin əvvəllərində Çanaqqala savaşında da, Bakının erməni-bolşevik zülmündən və əsarətindən xilas edilməsi uğrunda döyüşlərdə də, 2020-ci ilin sonlarında erməni faşizminə qarşı Vətən müharibəsində də bir idilər, bu gün də birgədirlər, həmişə birlikdə olacaqlar.
O, xatırladıb ki, 10 gündən sonra Azərbaycan Zəfər gününü ilk dəfə qeyd edəcəkdir. Torpaqlarımızın işğalına son qoymaq, Qarabağda Azərbaycan bayrağını yüksəltmək üçün ötən il müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar zamanı dünya Türkiyə–Azərbaycan dostluğuna və qardaşlığına bir daha şahid oldu. Müharibənin ilk dəqiqələrindən sonuna qədər Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe hər kəsə göstərdi ki, Azərbaycan haqq işi uğrunda mübarizədə tək deyildir. Türkiyə və onun lideri hər yerdə və hər zaman Azərbaycanın yanındadır.
Spiker diqqətə çatdırıb ki, ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaratdı. Bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən və ona yeni çalarlar gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir: "Bunu da qürurla söyləmək olar ki, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin iyun ayında Şuşanı ziyarət etmələri, iki dövlətin müttəfiqlik əlaqələri haqqında Şuşa bəyannaməsinin imzalanması, bu günlərdə isə dövlət başçılarının Füzulidə beynəlxalq hava limanını açmaları, Zəngilanda Azərbaycanla Türkiyəni bir-birinə daha sıx bağlayacaq Zəngəzur dəhlizinin təməlini qoymaları, digər böyük layihələrin icrasına xeyir-dua vermələri xalqlarımızın dostluq və qardaşlığının yeni bir nümayişi oldu".
Sonra tədbir rəsmi ziyafətlə davam edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi