Ceyhun Bayramov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb - Nələr müzakirə olunub?
28-10-2021 [19:36]
Azərbaycamın xarici işlər naziri Ceyhun Bayramov İƏT Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov İƏT Gənclər Forumunun AR İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Bakıda təşkil etdiyi Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin uğurla keçirilməsi münasibətilə qarşı tərəfi təbrik edib.
Nazir, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən hazırda həyata keçirilən bərpa və quruculuq işləri fövqündə, iki mühüm mövzu olan investisiya və mədəniyyət məsələlərinin çoxsaylı xarici iştirakçıların qatıldığı bu tədbirdə diqqət mərkəzinə gətirilməsinin əhəmiyyətini vurğulayıb. Tədbir iştirakçılarının, həmçinin işğaldan azad olunmuş torpaqlara, o cümlədən Şuşa şəhərinə səfər etməsinin, burada Ermənistan tərəfindən onilliklər ərzində törədilmiş qeyri-qanuni fəaliyyət və dağıntılarla, eyni zamanda hazırda Azərbaycan tərəfindən həyata keçirilən quruculuq işləri ilə yerindəcə tanış olması baxımından önəmi ifadə olunub.
Nazir, habelə İƏT Gənclər Forumununun bu yaxınlarda Baş Assambleya toplantısını keçirməsi və yeni Nizamnamə sənədini qəbul etməsi münasibətilə təbrik edib. Azərbaycanın İƏT Gənclər Forumunun fəaliyyətini bundan sonra da tam şəkildə dəstəkləyəcəyi qeyd olunub.
Taha Ayhan Füzuli şəhərində Beynəlxalq Hava Limanının açılışı mərasimində iştirak etdiyini qeyd edərək, Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin şahidi olduğunu söyləyib. O, Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin çoxsaylı iştirakçılarının azad olunmuş ərazilərə səfərinin, həmçinin Azərbaycanın Qarabağ Zəfərinin gənclərlə, mədəniyyətlə əlaqədar bir zəfər olduğu ismarışının beynəlxalq müstəvidə çatdırılması baxımından önəmli olduğunu qeyd edib.
Görüş zamanı, həmçinin Gənclər Forumunun geniş fəaliyyəti, təşkilatın Avrasiya üzrə Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər ilə bağlı məlumat verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi